Keçid linkləri

Təcili xəbərlər
2021, 07 Mart, bazar, Bakı vaxtı 04:30

Azad edilən yerlərdə prezidentin nümayəndələri olacaq


İ.Əliyev

Prezident İlham Əliyev bu gün, yanvarın 19-da "İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələri haqqında" Fərman imzalayıb.

Fərmana əsasən, işğaldan azad olunmuş ərazilərdə ölkə prezidentinin xüsusi nümayəndəlikləri təsis edilir.

Sənəd həmin ərazilərin dirçəlişi istiqamətində quruculuq, bərpa işlərinin sürətləndirilməsi, bu hədəfə nail olunmasında dövlət orqanlarının, digər təşkilatların əlaqələndirilmiş fəaliyyətinin gücləndirilməsi məqsədi ilə izah olunur.

Prezident Administrasiyası xüsusi nümayəndəliklər haqqında əsasnamənin layihəsini və onların fəaliyyətinin təşkilinə dair təkliflərini 15 gün müddətində dövlət başçısına təqdim etməlidir.

Xatırlatma

2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. 44 günlük bu müharibə və sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti ələ alıb. 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Müasir mərhələdə Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ Müharibəsi) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG