Keçid linkləri

Təcili xəbərlər
2021, 08 Mart, Bazar ertəsi, Bakı vaxtı 13:30

Türkiyə ilə Azərbaycan birgə hərbi təlim keçirəcək


Azərbaycan-Türkiyə-Gürcüstan "Qafqaz Qartalı" həbi təlimləri, 27 sentyabr 2019

Azərbaycanın Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları “Qış təlimi-2021”də iştirak edəcək

Bu barədə bu gün, yanvarın 17-də Azərbaycan Müdafiə Nazirliyi ( AMN) məlumat yayıb.

Məlumatda qeyd edilir ki, Türkiyə Respublikasının Qars şəhərində keçiriləcək “Qış təlimi-2021”də Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları da iştirak edəcək:

“Təlimə cəlb edilmiş şəxsi heyət və hərbi texnikaların təlim yerinə yola salınması münasibəti ilə mərasim keçirilib”

Açıqlamaya görə, yolasalma mərasimində çıxış edən general-mayor Fazil Ağalarov inkişaf edən Azərbaycan-Türkiyə hərbi-texniki əməkdaşlığından, hər il Naxçıvan və Qars şəhərlərində keçirilən birgə hərbi təlimlərin əhəmiyyətindən danışıb.

Bu il təlim fevralın 1-dən 12-dək keçirilməlidir.

Bundan əvvəlki illərdə də Azərbaycan və Türkiyə belə birgə təlimlər keçiriblər.

XS
SM
MD
LG