Keçid linkləri

Təcili xəbərlər
2021, 09 Mart, çərşənbə axşamı, Bakı vaxtı 08:26

Merkelin partiyasına yeni sədr seçilib


Armin Laşet

Yanvarın 16-da Şimali Reyn-Vestfaliya Federal Əyalətinin baş naziri 59 yaşlı Armin Laşet (Armin Laschet) Almaniya hakim koalisiyasının bir hissəsi olan Alman Xristian Demokratik Birliyi partiyasının (CDU) yeni sədri seçilib. "Alman Dalğası" radiosu (DW) xəbər verir ki, onun namizədliyini yanvarın 16-da videokonfransla keçirilən iki günlük partiya qurultayı iştirakçıları dəstəkləyib.

15 ildən çoxdur bu vəzifəni icra edən Angela Merkel, 2018-ci ildə partiya sədrliyindən gedib və həm də seçkilərdə iştirak etməyi planlaşdırmadığını bildirib.

Sonra Annegret Kramp-Karrenbauer CDU-nn sədri seçilib. Amma 2020-ci ilin fevralında o, CDU sədri vəzifəsindən istefa edəcəyini və kansler postuna namizədliyini irəli sürməyəcəyini bildirib. Buna görə, o, partiyada kəskin tənqid olunub. CDU, COVID-19 pandemiyası səbəbiylə bir ilə yaxın müddətdə qurultay keçirə bilməyib.

Laschet 41 illik təcrübəsi olan partiya üzvüdür. 18 yaşından siyasətdə olan Laşet ixtisasca jurnalistdir. Armin Laşet Aaxen şəhər məclisinin, Bundestaq və Avropa Parlamentinin üzvü olub. 2017-ci ilin mayında rəhbərlik etdiyi CDU Şimali Reyn-Vestfaliyada qələbə qazanıb və o, həmin vaxtdan bölgənin baş naziri olaraq fəaliyyət göstərib.

Məlumata görə, CDU-nun yeni lideri sentyabr ayında Bundestaqa keçiriləcək seçkilərdə kansler namizədliyi üçün iddiaçılardan biri ola bilər.

Amma yerli və xarici KİV-lərin yazdığına görə, mövcud seçki Laşetin kansler vəzifəsinə namizəd olmasına zəmanət vermir. Bu arada seçicilər arasında ən populyar siyasətçi, CDU'nun regional CSU (Xristian-Sosial Birlik) partiyasını təmsil edən Bavariya hökumətinin başçısı Markus Zöderdir (Markus Söder). 2020-ci ilin mayında rəyi soruşulan seçicilərin 53 faizi Alman hökumətinin başçısı vəzifəsinə mümkün namizəd olaraq onu dəstəklədiyini ifadə edib.

XS
SM
MD
LG