Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 01:35

Karantin aprelin 1-nə kimi uzadıldı


Bakıda karantin yoxlamaları, 21 iyun 2020
Bakıda karantin yoxlamaları, 21 iyun 2020

Azərbaycanda xüsusi karantin rejiminin müddəti 2021-ci il aprelin 1-i, saat 06:00-dək uzadılıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Qurum bildirir ki, dünyada, o cümlədən Azərbaycan ərazisində yeni növ koronavirus (COVID-19) xəstəliyi ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyət təhlil edilib:
“Eyni zamanda, bir sıra ölkələrdə və Azərbaycanda xəstəliyin yayılma dinamikasında müəyyən stabillik müşahidə olunduğundan sərtləşdirilmiş xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin bir qisminin 2021-ci il 18 yanvar saat 00:00-dan yumşaldılması qərara alınıb.”

“SMS” ilə icazə almaq ləğv ediləcək

Mobil telefon
Mobil telefon

Operativ Qərargah qeyd edir ki, Nazirlər Kabinetinin qərarına əsasən, 2021-ci il 18 yanvar saat 00:00-dan etibarən “SMS” ilə icazə almaq ləğv ediləcək.
Söhbət Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərindən, Abşeron, Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərindən gedir.Həmin yerlərdə sərt karantin müddətində “SMS” ilə icazə sistemi tədbiq edilmişdi.

2021-ci il 25 yanvar saat 00:00-dan etibarən isə ölkə ərazisində aşağıdakı iş və xidmətlərin fəaliyyətinə icazə verilir:
● ticarət obyektlərinin fəaliyyəti (ictimai iaşə obyektləri, kafe, çay evləri və bu kimi məkanlarda müştərilərə yerində xidmət və iri ticarət mərkəzlərinin, “Mall”ların fəaliyyəti istisna olmaqla);
● bərbərxanaların, gözəllik salonlarının fəaliyyəti və kosmetik xidmətlər (o cümlədən, bu sahələrdə müştərinin evində və ya digər məkanda xidmət);
● muzey və sərgi zallarının fəaliyyəti;
● şəhərlərarası və rayonlararası hərəkət.
Fevralın 1-i, saat 00:00-dan etibarən ölkə ərazisində ictimai iaşə obyektlərində müştərilərə saat 06:00-dan 00:00-dək yerində xidmətlər bərpa olunur.

Nazirlər Kabineti, Bakı, arxiv foto
Nazirlər Kabineti, Bakı, arxiv foto

Nazirlər Kabineti 2021-ci il yanvarın 18-i, saat 00:00-dan yanvarın 25-i saat 00:00-dək Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərinin, Abşeron Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərinin ərazilərinə giriş-çıxış məsələsinə də aydınlıq gətirib. Bildirilir ki, müvafiq təşkilatların əməkdaşlarına xidməti vəsiqə, ezamiyyə vərəqəsi, diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların əməkdaşlarına isə müvafiq akkreditasiya kartları əsasında o ərazilərə geriş-çıxışa icazə veriləcək. Yaxın qohumunun dəfnində iştirakla əlaqədar də həmin yerlərə “102” Xidməti – Zəng Mərkəzi vasitəsilə alınmış icazə əsasında getməyə icazə veriləcək.
Beynəlxalq və ölkədaxili uçuşlara müvafiq reys üçün bileti olan şəxslərə də eyni şərit yaradılcaq:

Metro işləməyəcək

Bakı metrosu, Bakmil stansiyası , 26 mart 2019
Bakı metrosu, Bakmil stansiyası , 26 mart 2019

“Bakı metropolitenində sərnişindaşımanın fəaliyyətinə tətbiq olunan məhdudiyyət hazırda qüvvədə qalır. Bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyətinə tətbiq olunan məhdudiyyət, eləcə də digər qadağalar isə xüsusi karantin rejiminin sonunadək tətbiq olunacaqdır”, qurum bildirir
Koronavirusla bağlı ötən il martın 24-dən Azərbaycanda karantin rejimidir.Bu müddət ərzində rejim bir neçə dəfə sərtləşdirilib və daha sonra yumşaldılıb.Sonuncu dəfə, ötən il dekabrın 14-dən bütün ölkədə rejim sərtləşdirilmişdi.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 2 milyon civarında şəxsin vəfat etdiyi açıqlanıb. İndiyədək Azərbaycanda isə 226549 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 2983 nəfərin vəfat etdiyi açıqlanıb.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG