Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:01

Çin vaksininə inanmaq olarmı


Arxiv fotosu
Arxiv fotosu

Azərbaycan hələ hansı vaksini alacağını dəqiq açıqlamayıb. Ancaq bir müddət öncə rəsmilər Pfizer vaksininin saxlanması və daşınmasının çətin olduğunu deyir, daha çox məhz “CoronaVac” vaksininin adı çəkilirdi

Çinin SinoVac şirkətinin COVID-19-a qarşı vaksini artıq dörd fərqli effekt göstəricisi ortaya qoyub. Braziliyadan gələn məlumatlar daha çox suallar yaradıb. Axı, indi inkişaf etməkdə olan ölkələrin çoxu pandemiyanın kökünü kəsməkdən ötrü gözünü “CoronaVac” vaksininə dikib.

“Reuters” bu vaksinin nə dərəcədə effektli olmasından yazır.

Türkiyədə tədqiqatçılar dərmanın 91.25% effektli olduğunu bildiriblər. Bu ölkədə sınaqlara 7 mindən çox könüllü qatılıb, effektlilik 1322 nəfərin nəticələrinə əsaslanıb.

İndoneziya vaksini 1600 nəfər üzərində sınaqdan çıxararaq 65% effektli olduğunu açıqlayıb.

İndi isə Braziliyada tədqiqatçılar vaksinin 50.4% effektli olduğunu bildirib. Bu, təsdiqlənmək üçün tələb olunan həddən azacıq yuxarıdır, bir həftə öncə elan olunan 78%-dən aşağıdır.

Braziliya indiyədək 13 minədək iştirakçını sınaqlara cəlb edib.

Səbəblər

Fərqli effekt dərəcəsinə təsir göstərən amillərə gəlincə, ekspertlər bu sırada sınağın miqyasını, pasiyent kriteriyasını, vaksinasiyadan sonrakı müşahidənin müddətini, hədəf qrupları göstərirlər.

Braziliyada yoluxmalar sürətlə yayılır, üstəlik, sınaqlar yalnız tibb işçiləri üzərində aparılıb. Tibb işçiləri yüngül simptomlar barədə də dərhal məlumat verirlər. Ən son göstəricilərə xəstəliyi yüngül simptomlarla keçirən, kinik yardım tələb etməyənlər də salınıb. Daha öncəki dəyərləndirmə isə tibbi yardıma ehtiyacı yaranmış xəstələri əhatələyirdi.

Türkiyə və Çili isə həm tibb işçilərini seçib, həm də digər qrupları. İndoneziyada yalnız adi şəxslər üzərində sınaq aparılıb.

Yüksək həssaslığı ilə seçilən COVID-19 testlərinin bəzən saxta çıxmış müsbət nəticələri də ümumi göstəricilərə təsir göstərə bilər.

Ekspertlər deyirlər ki, nəticələri dəyərləndirmək çətindir, çünki tam məlumatlar hələ çıxmayıb.

İnterval qısa olub?

Şərqi İngiltərə Universitetinin tibb professoru Pol Hanter qeyd edib ki, dozalar arasında intervalın cəmi iki həftə olmasının da nəticələrə təsiri ola bilər.

Sinovac şirkətinin mövqeyinə görə, ölkələrin sınaq modelləri oxşar deyil, amma nəticələr vaksinin təhlükəsiz və effektli olduğunu göstərir.

İndoneziya və Türkiyə artıq vaksini təsdiqləyib və bu həftə kütləvi peyvəndləməyə başlayacaq. İndoneziya prezidentinə ilk doza da vurulub.

Braziliya CoronaVac-ın istifadəsilə bağlı bu şənbə qərar verəcək.

Azərbaycan hələ hansı vaksini alacağını dəqiq açıqlamayıb. Ancaq bir müddət öncə rəsmilər Pfizer vaksininin saxlanması və daşınmasının çətin olduğunu deyir, daha çox məhz “CoronaVac” vaksininin adı çəkilirdi. Sonradan yayılmış məlumatlarda Azərbaycanın Çin vaksinini Türkiyə vasitəsilə ilə alacağı iddia olunurdu.

Nazirlər Kabinetindən AzadlıqRadiosuna verilən məlumata görə,
Koronavirusla Mübarizəyə Dəstək Fondundan peyvəndlərin alınmasına 46,1 milyon manat ayrılıb. Rəsmi məlumatda 2020-ci ilin martında yaradılan Fonda ümumilikdə 114 milyon manatdan çox vəsait toplandığı deyilirdi.

COVID-19 peyvəndini Azərbaycan hansı ölkədən alır?
Gözlə

No media source currently available

0:00 0:03:30 0:00

Digər vaksinlərin fərqi

Pfizer-BioNTech və Moderna vaksinlərinin 95 faiz effektli olduğu açıqlanıb. Britaniyanın AstraZeneca şirkətinin Oksford Universiteti ilə birgə hazırladığı vaksin də fərqli effekt ortaya qoyub. Bütün yaş qruplarından olan böyüklərə iki tam doza vurulanda 62% effekt göstərib. Yaşı 55-dən aşağı qrupdan olanlara yarım doza, daha sonra tam doza vurulanda isə effekt 90 faizə qalxıb.

Çinin Sinopharm şirkətinin hazırladığı vaksin 79.34% effekt göstərib. Birləşmiş Ərəb Əmirlikləri isə bu vaksinin 86% effektli olduğunu açıqlayıb.

Rusiya isə Sputnik V vaksininin 91 faiz effektli olduğunu bildirir.

ABŞ-da mənzillənən Xarici Əlaqələr Şurasında qlobal səhiyyə üzrə aparıcı əməkdaş Yanjonq Huanq nəticəni “məyusedici” adlandırıb. Huanq CNN-ə bildirib ki, Sinovac vaksinindən yenə də səhiyyə sistemlərinin yükünün azaldılmasında istifadə oluna, potensial ölüm hallarına təsir göstərə bilər.

Çin dünyaya milyonlarla doza vaksin vəd edib və çatdırmağa da hazırdır. Huanqın fikrincə, vaksinin zəifliyi Sinovac-ın dünya bazarında payını genişləndirməsini əngəlləyə bilər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG