Keçid linkləri

Təcili xəbərlər
2021, 27 Yanvar, çərşənbə, Bakı vaxtı 12:24

Ermənistan prezidentinin vəziyyəti ağırlaşıb


Armen Sarkisyan

Ev şəraitində koronavirusdan müalicə alan Ermənistan Prezidenti Armen Sarkisyan xəstəxanaya aparılıb. Prezident aparatının məlumatına görə, onun xəstəliyi ağırlaşıb: hazırda Sarkisyanda xəstəliyin tipik simptomları özünü göstərir, hərarəti yüksəkdir, ikitərəfli pnevmoniyaya tutulub.

Yanvarın 3-də Armen Sarkisyan Londonda ayağından əməliyyat olunub. Daha sonra prezidentdə yeni növ koronavirus simptomlarının aşkarlandığı, testin müsbət çıxdığı bildirilib.

Yanvarın 8-də prezident aparatından bildirilmişdi ki, Armen Sarkisyan səhhətinə görə işini müvəqqəti olaraq məsafədən davam etdirəcək və vəziyyəti sabitləşəndən dərhal sonra həkimlərin icazəsiylə Yerevana qayıdacaqdı.

Şərhlər

XS
SM
MD
LG