Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 02:05

Navalnı yanvarın 17-də Rusiyaya qayıdacağını deyir


Aleksey Navalnı
Aleksey Navalnı

Siyasətçinin üç il yarımlıq şərti cəzasının sınaq müddəti dekabrın 30-da bitib. Əgər pozuntular rəsmən təsdiqlənərsə şərti cəza real həbslə əvəzlənə bilər

Kremlin tənqidçisi Aleksey Navalnı bu həftəsonu Rusiyaya qayıdacağını deyir. O, zəhərlənməyə məruz qalandan sonra beş aydır Almaniyada müalicə alır.

“Heç vaxt qarşımda ‘qayıtmaq, ya qayıtmamaq’ sualı olmayıb, çünki öz istəyimlə getməmişəm. Almaniyada reanimasiyada ayılmışam. Bazar günü, yanvarın 17-də Qələbə reysiylə qayıdıram”, – o, yanvarın 13-də tvitində yazıb.

Putini ittiham edir

Navalnı avqustun 20-də Tomskdan Moskvaya uçarkən təyyarədə özünü pis hiss edib. O, Sibirdə xəstəxanaya çatdırılaraq süni koma vəziyyətinə salınıb. Bir neçə gündən sonra Almaniyaya aparılıb.

Avropanın üç ölkəsində laboratoriyalar, daha sonra Kimyəvi Silahların Qadağanı Təşkilatı Navalnının Noviçok sinir qazıyla zəhərləndiyini təsdiqləyib. Avropa Birliyi bundan sonra Rusiyanın altı aparıcı məmuruna və dövlət tədqiqat institutuna sanksiyalar qoyub.

Rusiya hakimiyyəti isə siyasətçi Almaniyaya göndərilənəcən onun bədənində zəhər izinin olmadığını bildirib, insidentlə bağlı cinayət işi açmaqdan imtina edib. Navalnı zəhərlənməsinə görə Rusiya Prezidenti Vladimir Putini ittiham edir.

Ötən ayın sonunda Rusiya Federal Həbsxana Xidməti Navalnını dərhal Almaniyadan qayıtmağa çağırdı, əks halda 2014-cü ildə ona kəsilmiş şərti cəzanın qaydalarına pozduğuna görə həbs olunacağını bildirdi. Beynəlxalq fəallar həmin dələduzluq ittihamını siyasi motivli hesab edirlər.

İttihamın dəyişdirilməsi üçün müraciət olunub

Siyasətçinin üç il yarımlıq şərti cəzasının sınaq müddəti dekabrın 30-da bitib. Əgər pozuntular rəsmən təsdiqlənərsə şərti cəza real həbslə əvəzlənə bilər.

Yanvarın 12-də Navalnı bildirib ki, həbsxana orqanından bildiriş alıb, onun şərti cəzasının həbslə əvəzlənməsilə bağlı məhkəməyə müraciət olunub. O, tvitində yazıb ki, Putin onun zəhərlənməsindən sağ çıxdığına qəzəblənib deyə şərti cəzasının həbslə əvəzlənməsini tələb edib.

“Baxmayaraq ki, şərti cəzamın müddəti dekabrın 30-da bitib”, – o, mesajında yazıb.

Moskvadakı Simonov Rayon Məhkəməsinin vebsaytında deyilir ki, Navalnının şərti cəzasının dəyişdirilməsi ilə bağlı addım yanvarın 11-də qeydiyyata alınıb. Buna rəsmi səbəb kimi qoyulan öhdəliklərin yerinə yetirilməməsi, kompensasiyanın ödənməməsi, başqa bir cinayətin törədilməsi göstərilir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG