Keçid linkləri

2024, 05 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:18

YouTube da Trampın kanalını bağlayır


Milli Qvardiya üzvləri Kapitolini qoruyur
Milli Qvardiya üzvləri Kapitolini qoruyur

Prezidentin YouTube hesabının 2.77 milyon abunəçisi var.

YouTube sosial şəbəkəsi ABŞ Prezidenti Donald Trampın kanalını zorakılığı qızışdırmaq əleyhinə siyasəti pozduğuna görə bağladığını bildirir.

Bununla da Google-a məxsus şəbəkə ötən həftə Kapitoliyə hücumdan sonra prezidentin hesablarını qapadan sosial media platformalarının sırasına qoşulub.

“Zorakılıq potensialının qalması sarıdan narahatlıqla əlaqədar, Donald Trampın kanalına yüklənən yeni kontenti siyasətimizi pozduğuna görə sildik”, – YouTube yanvarın 12-də bəyanatında bildirib.

Hazırda kanala minimum 7 gün ərzində yeni kontent yükləməyin mümkün olmayacağı bildirilir.

Şərhlər qeyri-müəyyən müddətə bağlanır

Videopaylaşım platforması onu da bildirib ki, təhlükəsizlik məsələlərindən dolayı Trampın kanalına “gələn şərhləri də qeyri-müəyyən müddətə bağlayır”.

Prezidentin YouTube hesabının 2.77 milyon abunəçisi var.

Yanvarın 6-da Tramp tərəfdarlarının Kapitoliyə basqınında prezidentin rolunun olduğu, onun etirazçıları buna həvəsləndirdiyi bildirilir. Basqın vaxtı Konqres Co Baydenin 3 noyabr seçkisində qələbəsini təsdiqləməliydi. Zorakılıqlarda biri polis əməkdaşı olmaqla beş nəfər öldürülüb.

Həftələrlə seçkinin ondan oğurlandığını iddia edən Tramp əvvəlcə tərəfdarlarını alqışlasa da, sonradan zorakılığı pisləyib.

Twitter və Facebook sonradan Trampın hesablarını bağladı, bu hücumu dəstəkləyən kontenti də silməkdədir.

Snapchat və Twitch şəbəkələri də prezidentə qadağalar qoyub.

XS
SM
MD
LG