Keçid linkləri

Təcili xəbərlər
2021, 23 Yanvar, şənbə, Bakı vaxtı 16:24

Rusiyada yaşayış binasında yanğında 8 nəfər ölüb


Hadisə yeri

Rusiyanın Yekaterinburq şəhərində doqquzmərtəbəli yaşayış binasında yanğında biri uşaq olmaqla səkkiz nəfər ölüb.

Sverdlovsk regionu rəsmilərinin yanvarın 12-də bildirməsinə görə, ötən gecə baş vermiş yanğının səbəbi bəlli deyil.

Yanğının binanın ikinci mərtəbəsində başladığı, tüstünün sürətlə bütün binaya yayılaraq yuxarı mərtəbələrdə yaşayanların qaçmasını mümkünsüz etdiyi bildirilir.

Yanğınsöndürənlər 9-u uşaq olmaqla 90 nəfəri xilas edə biliblər. Ölənlərin meyitləri ikinci, beşinci və doqquzuncu mərtəbələrdən çıxarılıb.

İnsidentlə bağlı cinayət işi başladılıb.

Rusiyada təhlükəsizlik qaydalarının pozulmasından dolayı ölümcül yanğınlar tez-tez baş verir.

İki gün öncə Sibirdə özəl qocalar evində yanğında 7 nəfər ölüb.

Şərhlər

XS
SM
MD
LG