Keçid linkləri

Təcili xəbərlər
2021, 16 Yanvar, şənbə, Bakı vaxtı 05:04

Türkiyədən psixoloqlar dəvət edilib


Müharibə dəhşətlərini görən əsgərlərə kim psixoloji yardım göstərəcək?
Gözlə

No media source currently available

0:00 0:05:22 0:00

Müharibə dəhşətlərini görən əsgərlərə kim psixoloji yardım göstərəcək?

44 gün davam etmiş İkinci Qarabağ müharibəsindən sonra psixoloji problemlər yaşayan vətəndaşlar "112" qaynar telefon xəttinə zəng etməklə təcili psixoloji yardım ala bilərlər.

Bu barədə Azərbaycan Fövqəladə Hallar Nazirliyinin yanvarın 11-də yaydığı məlumatda bildirilir.

Məlumata görə, peşəkar psixoloji yardıma ehtiyacı olan insanların effektiv reabilitasiyasının təşkili məqsədilə Türkiyədən 20 nəfər psixoloq dəvət olunub. Habelə vurğulanır ki, türkiyəli mütəxəssislərin fəaliyyəti barədə yaxın zamanda ictimaiyyətə əlavə məlumat veriləcək.

İkinci Qarabağ müharibəsində 2 min 800-dən çox Azərbaycan hərbi qulluqçusunun həlak olduğu bildirilir. Ötən il dekabrın 3-nə olan məlumata görə, 1200-dən çox hərbi qulluqçu da xəstəxanada müalicə olunurdu. Habelə 100 civarında da mülki şəxsin həlak olduğu vurğulanmışdı.

Son həftələr savaşda xəsarət alan iki hərbi qulluqçunun isə intihar etdiyi bildirilirdi.

Xatırlatma

2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. 44 günlük bu müharibə və sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə və ətraf yeddi rayona nəzarəti ələ alıb.

10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, həmçinin Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Müasir mərhələdə Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ Müharibəsi) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Multimedia

XS
SM
MD
LG