Keçid linkləri

Təcili xəbərlər
2021, 16 Yanvar, şənbə, Bakı vaxtı 04:28

İvanişvili siyasətdən getdiyini açıqlayır


Bidzina İvanişvili

Milyarderin partiyası 2020-ci ilin noyabrında seçkidə qələbə qazanaraq seçicilərin 48 faizindən çoxunun səsini qazanıb və hökuməti formalaşdırıb

“Gürcü Arzusu” hakim partiyasının qurucusu və sədri, milyarder Bidzina İvanişvili siyasətdən həmişəlik getdiyini açıqlayıb.

“Partiyadan həmişəlik getmək, onun idarəçiliyindən tam çəkilmək qərarı vermişəm. Həm partiya sədrliyindən, həm də partiyadan gedir, 2011-ci ilə qədər olduğu kimi adi həyata qayıdıram”, – İvanişvilinin partiyanın saytında dərc olunmuş məktubunda deyilir.

Gürcüstanın ən varlı adamı sayılan İvanişvili yazıb ki, “Gürcü Arzusu” oktyabrda parlament seçkisini udandan sonra o, “missiyasının tamamlandığını” düşünür və buna görə də həmişəlik siyasətdən gedir.

Milyarderin partiyası 2020-ci ilin noyabrında seçkidə qələbə qazanaraq seçicilərin 48 faizindən çoxunun səsini qazanıb və hökuməti formalaşdırıb.

Müxalifətsə seçkinin nəticələri ilə razılaşmayıb, Tbilisidə etirazlar keçirilib. “Gürcü Arzusu” həm də rusiyapərəst siyasət yürütməkdə ittiham olunur, hakimiyyətsə bunu rədd edir.

Bidzina İvanişvili “Gürcü arzusu”nu 2011-ci ildə təsis edib, 2012-ci ildə Mixeil Saakaşvilinin “Vahid Milli Hərəkat”ına qalib gəlib. Bundan sonra keçmiş prezident ölkədən gedib. Saakaşviliyə baş prokurorluq dörd cinayət işi açmışdı.

“Bloomberg” İvanişvilinin sərvətinin 5.7 milyard dollar olduğunu bildirir.

2012-ci ilin oktyabrında baş nazir seçilən İvanişvili bir il sonra bu vəzifədən gedib, ancaq 2018-ci ildə yenidən “Gürcü Arzusu”nun lideri olub.

Onun siyasətdən getməsi ölkədə siyasi gərginliyi azalda bilər. İvanişvilinin tənqidçiləri onun hələ də ölkəni idarə etdiyini, Kremlə yaxın olduğunu deyirlər. Özü isə deyilənləri rədd edir.

Şərhlər

XS
SM
MD
LG