Keçid linkləri

2024, 16 May, Cümə axşamı, Bakı vaxtı 04:20

Rusiya, Azərbaycan və Ermənistan birgə bəyanat imzalayıb


Əliyev- Paşinyan görüşü: Moskvada nə qərara gəldilər?
Gözlə

No media source currently available

0:00 0:09:56 0:00

Əliyev- Paşinyan görüşü: Moskvada nə qərara gəldilər?

Rusiya prezidenti Vladimir Putin deyib ki, onun Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla üçtərəfli danıqşıalrının nəticəsi olaraq Qarabağın inkişafına dair birgə bəyanat imzalanıb.

RIA Novosti agentliyinin verdiyi xəbərə görə Putin əmin olduğunu bildirib ki, Qarabağa dair yanvarın 11-də imzalanmış birgə bəyanat həm Azərbayca, həm də Erməni xalqlarına fayda verəcək.

O əlavə edib ki, bu razıalşma Rusiyanın da marağındadır.

Rusiya prezidenti xatırladıb ki, Dağlıq Qarabağda atəşkəs razılaşmasına əməl olunur və hazırda ciddi insidentlər baş verməyib.

Putin Əliyev və Paşinyana Moskvaya gəlmək üçün razılıq verdiklərinə görə təşəkkürünü bildirib.

Birgə bəyanatda nə deyilir?

Birgə bəyanatda deyilir ki, tərəflər 9 noyabr 2020-ci il tarixli birgə bəyantın 9-cu maddəsinin həyata keçirilməsinə dair Vladimir Putinin üçtərəfli işçi qrupunun yaradılması barədə təklifini qəbul ediblər.

9-cu maddədə regiondakı bütün iqtisadi və nəqliyyat kommunikasiyalarının açılmasından bəhs olunur.

Bəyantda deyilir ki, birgə işçi qrupuna Azərbaycan, Ermənistan və Rusiyanın baş nazir müavinləri rəhbərlik edəcəklər. Onlar sənəddə həmsədrlər adlandırılır.

Sözü gedən işçi qrup yanvarın 30-dək 9-cu maddənin icrasından irəli gələn məsələləri müəyyənləşdirmək üçün ilk iclasını keçirməlidir.

Birgə bəyanatda bu da qeyd olunur ki, işçi qrupun həmsədrləri fəaliyyət istiqamətləri üzrə ekspert qrupları yaradacaqlar.

Ekspertlərin bəyanat tərəflərinin dövlət orqanlarının səlahiyyətli nümayəndələrindən təyin olunacağı göstərilir.

“Ekspert” alt qrupları birinci iclasdan bir ay sonra layihələrin və onların icrası və təsdiqi üçün lazımi resurs və tədbirlərin siyahılarını təqdim etməlidirlər.

İşçi qrup 2021-ci il martın 1-dək Azərbaycandan və Ermənistandan keçən beynəlxalq daşımaların yerinə yetirilməsi və təhlükəsizliyinin təmin edilməsi üçün bərpası və tikinitisi nəzərdə tutulan nəqliyyat kommunikasiyası obyektlərinin işə salınması istiqamətində zəruri tədbirlərin siyahısının və qrafikinin üç ölkə arasında yüksək səviyyədə təsdiqlənməsi üçün təqdim etməlidir.

Rusiya və Azərbaycan prezidentlərinin ayrıca görüşü də olub

Yanvarın 11-də Moskvada Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Vladimir Putinin ikitərəfli görüşü də olub.

AZƏRTAC-ın xəbərinə görə, Vladimir Putin deyib ki, ötən ilin ən mühüm hadisəsi Dağlıq Qarabağda vəziyyətin ağır keçməsi olub:

“Lakin mən məmnun olduğumu bildirmək istəyirəm ki, biz hər halda döyüş əməliyyatlarına, qan tökülməsinə son qoya bildik. Bugünkü işin nəticələri barədə indicə dediyimiz kimi, sülhməramlı missiya öz funksiyasını yerinə yetirir və bütövlükdə vəziyyət tədricən normallaşır. Bugün bizim imzaladığımız birgə Bəyanatın əsasını uzunmüddətli perspektivdə vəziyyətin nizamlanması istəyinin təşkil etməsi isə, fikrimcə, çox vacibdir”.

Vladimir Putin daha sonra deyib ki, Rusiya ilə Azərbaycan arasında münasibətlər çox uğurla inkişaf edir:

“Bu, ilk növbədə, əlaqələrin iqtisadi tərkib hissəsinə aiddir. Bizim birgə işimizin əksər istiqamətləri, o cümlədən iqtisadiyyat istiqaməti üzrə üst-üstə düşən maraqlarımız çoxdur. Mən çox ümid edirəm ki, bütövlükdə Cənubi Qafqazda vəziyyətin nizamlanması üzrə iş, şübhəsiz, indicə dediyim kimi, bizim ikitərəfli münasibətlərin də xeyrinə olacaq.”

Prezident İlham Əliyev də çıxışında ikitərəfli görüşdən əlava yanvarın 11-də Moskvada Ermənistan və Rusiya rəhbərliyi ilə imzaladığı üçtərəfli bəyanata da toxunub:

“Bizim üçün bu, böyük əhəmiyyət kəsb edir. Çünki beləliklə, 30 ildən artıq müddətdən sonra Azərbaycan Ermənistan ərazisindən keçən nəqliyyat kommunikasiyaları vasitəsilə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası ilə əlaqə imkanına, Ermənistan da Azərbaycan ərazisindən keçməklə Rusiyaya, İrana dəmir yolu çıxışı imkanına malik olacaq. Biz, həmçinin Naxçıvan Muxtar Respublikası ərazisindən keçməklə Türkiyə bazarına çıxış əldə edəcəyik, Türkiyənin və Rusiyanın dəmir yolu arteriyaları birləşəcək…”

İlham Əliyev də ikitərəfli münasibətdən bəhs edib:

“İkitərəfli münasibətlərə gəldikdə isə, ötən ilin pandemiya ilə əlaqədar ağır keçməsinə baxmayaraq, hər halda bizdə əmtəə dövriyyəsinin azalması o qədər də çox olmayıb. Əminəm ki, bu il biz bütün bunları kompensasiya edəcəyik. Gündəlikdə, o cümlədən iqtisadi sahədə çox geniş məsələlər durur. Siyasi sahədə Azərbaycan və Rusiya artıq çoxdandır ki, strateji tərəfdaşlardır.”

Prezident: “Vladimir Vladimiroviçin dediyi kimi, Dağlıq Qarabağ münaqişəsi keçmişdə qalıb ”

AZƏRTAC-ın xəbərinə görə, bu fikirləri Prezident İlham Əliyev Moskvada keçirilən üçtərəfli görüşdən sonra mətbuata bəyanatında söyləyib.

Nəqliyyat kommunikasiyalarının açılmasının Azərbaycan, Ermənistan, Rusiya xalqlarının, qonşuların mənafelərinə cavab verdiyini vurğulayan dövlət başçısı daha sonra deyib:

“Əminəm ki, qonşu ölkələr də bizim regionda nəqliyyat dəhlizlərinin və nəqliyyat arteriyalarının şaxələndirilmiş şəbəkəsinin yaradılmasına fəal qoşulacaqlar. Biz bundan sonra da qısa müddətdə səmərə verən və nəticəyə yönəlmiş fəaliyyət sahələrini tapmağa çalışmalıyıq”.

Azərbaycan Prezidenti qeyd edib ki, 10 noyabr tarixli birgə bəyanatın bəndlərinin çox hissəsi yerinə yetirilib:

“Rusiya sülhməramlı missiyası öz işini səmərəli şəkildə yerinə yetirir və iki ay ərzində kiçik insidentlər istisna olmaqla narahatlıq üçün ciddi əsas olmayıb. Bütün bunlar belə əminlik yaradır ki, Vladimir Vladimiroviçin dediyi kimi, Dağlıq Qarabağ münaqişəsi keçmişdə qalıb və biz gələcək barədə, qonşular kimi birlikdə necə yaşamaq, nəqliyyat arteriyalarının açılması məsələlərini həll etməyə necə çalışmaq və gələcəkdə regional sabitliyi və təhlükəsizliyi möhkəmlətmək haqqında düşünməliyik”

Ermənistanın gözləntiləri doğrulmayıb

AzadlıqRadiosu Erməni xidməti yazır ki, görüşdən sonra keçirilən mətbuat konfransında İlham Əliyev Putinə istinad edərək Qarabağ probleminin artıq tarixə çevrildiyini deyib.

Amma Nikol Paşinyan deyib ki, problem hələ tənzimlənməyib və tənzimlənməmiş məsələlərdən biri də Dağlıq Qarabağın statusu məsələsidir.

Paşinyan bildirib ki, Ermənistan bu məsələni ATƏT-in Minsk qrupu çərçivəsində müzakirə etməyə hazırdır.

Ermənistan baş naziri təəssüflə qeyd edib ki, habelə hərbi əsirlər məsələsini tənzimləmək mümkün olmayıb.

Bununla belə Paşinyan vurğulayıb ki, bugünkü razılaşma son dərəcə mühümdür.

Onun sözlərinə görə hazırkı vaxtda bəyanat Naxçıvan dəhlizi məsələsini əhatə edir.

Hələ bu danışıqların ərəfəsində Ermənistan tərəfi bildirmişdi ki, görüşün gündəliyində əsas məsələ məhz əsirlərlə bağlı olacaq.

İki gün bundan əvvəl Azərbaycan XİN bildirmişdi ki, Azərbaycan tərəfində 62 erməni hərbi qulluqçu var, amma Bakı onları hərbi əsir yox, “terrorçu” hesab edir, beləki onlar atəşkəs razılaşmasından sonra əsir düşüblər.

Azatutyunun yazdığına görə Ermənistan baş nazirinin sözçüsü Mane Gevorkyan deyib ki, “Azərbaycan tərəfi və bəzi Ermənistan dairləri” “Meğri dəhlizi” deyilən məsələni qabardırlar.

Sözçünün dediyinə görə “halbuki 9 noyabr tarixli üçtərəfli bəyanatda bu barədə, Meğridən və ya Ermənistan ərazisindən keçən dəhlizin yaradılması barədə heç nə deyilməyib.

Azatutyun yazır ki, buna baxmayaraq Azərbaycan və Rusiya tərəfləri “Naxçıvan dəhlizi” terminini işlədirlər, üstəlik Azərbaycan “Naxçıvan dəhlizi” deyəndə təkcə avtomobil magistralının yox, həm də dəmiryolu xəttinin çəkilməsini nəzərdə tutur.

Azatutyun yazır ki, Bakı Naxçıvan dəhlizi məsələsinin Laçın dəhlizi məsələsi ilə əlaqələndirilməsinə çalışır.

Azatutyun Rusiya mənbələrinə istinadən bildirir ki, Azərbaycan Naxçıvan dəhlizini Rusiya sərhədçiləri ilə birlikdə qorumaq niyyətindədir.

AzadlıqRadiosunun Erməni xidməti bunu da vurğulayır ki, Bakı və Yerevan arasında habelə “silahlı qüvvələrin çıxarılması” məsələsində də fikir ayrılığı var.

Məqalədə iddia olunur ki, Ermənistan silahlı qüvvələrinin onun nıəzaəritində olan başqa hissələrindən çıxarılması məsələsi qoyulmayıb.

Azatutyun yazır ki, Bakı bu məsələni daim qaldırır, amma Moskva bu məsələnin müzakirəsindən yan keçir.

***

Moskva görüşü başladı

Yanvarın 11-də Moskvada Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli görüşü başlanıb.

Moskvada Rusiya prezidenti Vladimir Putinin azərbaycanlı həmkarı İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan ilə ikitərəfli görüşləri də planlaşdırılır.

Danışıqlardan öncə Azərbaycan və Ermənistan liderləri bir-birini salamlasalar da, əl sıxmayıblar.

Azərbaycan və Ermənistan liderləri ötən ilin 44 günlük müharibəsindən sonra ilk dəfə bir araya gəlir.

Putin deyib ki, 10 noyabr atəşkəs bəyanatı uğurla həyata keçirilir, münaqişənin ədalətli həllinə zəmin yaradır. Onun sözlərinə görə, danışıqlarda Rusiya sülhməramlılarının fəaliyyəti ilə bağlı məsələlər, demarkasiya xətlərinin aydınlaşdırılması, humanitar məsələlər, mədəni abidələrin qorunması müzakirə olunacaq.

"Regionda ticarət və nəqliyyat əlaqələrinin bərpası, sərhədlərin açılması da götür-qoy ediləcək", - Rusiya lideri vurğulayıb.

Yerevanda Paşinyanın yola düşməsindən öncə etiraz aksiyası keçirilib. 10 noyabr bəyanatının şərtlərindən narazı qalmış fəallar Paşinyanın aeroporta gedən kortejinin yolunu kəsməyə çalışıblar.

***

Yanvarın 11-də Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Moskvaya işgüzar səfər edib.

Moskvanın "Vnukovo-2" Beynəlxalq Hava Limanında dövlət başçısını Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Andrey Rudenko və digər rəsmi şəxslər qarşılayıblar.

Qarabağla bağlı Moskvada üçtərəfli görüş olacaq

Yanvarın 11-də Moskvada Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri arasında üçtərəfli danışıqlar olacaq. Bu barədə yanvarın 10-da Rusiya prezidentinin rəsmi kremlin.ru səhifəsi məlumat yayıb.

"Azərbaycan, Ermənistan və Rusiya liderlərinin Dağlıq Qarabağla bağlı 9 noyabr 2020-ci il tarixli Bəyanatının icrasına baxılması və bölgədəki problemlərin həlli üçün gələcək addımların müzakirə edilməsi planlaşdırılır. Döyüş əməliyyatlarından zərər çəkmiş bölgələrin sakinlərinə yardımın göstərilməsi, ticarət, iqtisadi və nəqliyyat əlaqələrinin blokadadan çıxarılması və inkişafı məsələlərinə xüsusi diqqət yetiriləcək",- rəsmi açıqlamada bildirilir.

Xəbərdə həmçinin vurğulanır ki, V.Putinlə İ.Əliyev və N.Paşinyan arasında ayrıca danışıqlar da nəzərdə tutulur.

Üçtərəfli görüşlə bağlı mediada məlumatlar yayılsa da, indiyə qədər Azərbaycan və Ermənistan tərəfi bu məlumatı nə təsdiq, nə də təkzib edirdi.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG