Keçid linkləri

Təcili xəbərlər
2021, 20 Yanvar, çərşənbə, Bakı vaxtı 18:48

İndoneziya sərnişin təyyarəsinin düşdüyü yerə dalğıclar göndərilib


Qəzaya uğrayan təyyarə, Bali hava limanında, arxiv foto

İndoneziya səlahiyyətliləri şənbə günü dənizə düşən Boeing 737 sərnişin təyyarəsinin tapıldığını bildirirlər.

Məlumata görə, təyyarə heyəti ilə əlaqə havaya qalxandan dörd dəqiqə sonra kəsilib. Təyyarədə 12 ekipaj üzvü və 62 nəfər sərnişin hamısının həlak olduğu deyilir.

Təyyarə Cakartadan Pontianak (Qərbi Kalimantan əyaləti) istiqamətində hərəkət edirmiş.

Təyyarənin qəzaya uğradığı ərazidə axtarışlar aparılır
Təyyarənin qəzaya uğradığı ərazidə axtarışlar aparılır

BBC-yə görə, yanvarın 10-da axtarış qrupları uçuş cihazından siqnal qeydə alıblar. Qəza yerinə axtarış-xilasetmə gəmiləri və hərbi dalğıc dəstələri göndərilib.

Yanvarın 9-da qəzaya uğrayan təyyarənin 26 il əvvəl istehsal olunduğu, 2012-ci ilə qədər Amerikanın United və Continental hava yolları şirkətləri tərəfindən idarə edildiyi bildirilir.

XS
SM
MD
LG