Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:47

'Qara qızlın' qiyməti 2021-ci ildə Azərbaycana nə vəd edir?


Bakıda neft mancanağı, 19 iyun 2015
Bakıda neft mancanağı, 19 iyun 2015

Son günlər dünya bazarında neftin qiyməti artır. Artıq, “ qara qızılı”ın bir barelinin qiyməti 55 dollar ətrafında dəyişir. Halbuki, Azərbaycanın bu ilki dövlət büdcəsində neftin bir barreli 40 dollar götürülüb.

AzadliqRadiosu “2021-ci ildə neftin qiyməti necə proqnozlaşdırılır və bu, Azərbaycana nələr vəd edir” sualları ilə iqtisadçılara üz tutub.

İqtisadçı Nemət Əliyev müxtəlif xarici fondların proqnozlarına əsaslanaraq hesab edir ki, cari ildə neftin qiyməti 45-50 dollar arasında dəyişəcək. Onun fikrincə, ola bilsin ki, qiymət bir qədər də arta da bilər. Ancaq Nemət Əliyev Azərbaycan dövlət büdcəsi üçün neftin 50 dollar ətrafında olmasının yaxşı perspektiv vəd etmədiyi qənaətindədir. O,bunu Azərbaycan iqtisadiyyatının neftdən və qazdan çox asılı vəziyyətdə olması ilə izah edir:

“Hətta 50 dollar olduğu halda xeyli problemlər gözlənir”

Nemət Əliyev , arxiv foto
Nemət Əliyev , arxiv foto

“Ona görə də neftin hətta 50 dollar olduğu halda xeyli problemlər gözlənir. Bu, özünü dövlət büdcəsinə daxilolmalarda göstərər. Neftin qiymətinin aşağı düşməsi Azərbaycan Dövlət Neft Fonduna daxil olan gəlirlərin və inveztisiyaların azalmasına təsir göstərər. İnvestisiya da azalsa, qeyri-neft sektorunda məhsulların və xidmətlərin istehsalına təsirini göstərəcək. Ötən il dövlət xəttiylə investisiya üçün 5 milyard manat nəzərdə tutulmuşdu, amma bu il dövlət investisiya xərcləri də azalıb.”

İlham Əliyev:"Onlar terrorçudurlar"
Gözlə

No media source currently available

0:00 0:03:11 0:00

İqtisadçı hesab edir ki, neftin qiymətlərinin aşağı düşməsi investisiya imkanlarını azalda bilər:

“ Biri var neftin qiymətləri 70-80 dollar civarında olar, o zaman gəlirlər artır və qeyri-neft sektoruna yönəltmə imkanları yaranır. Neftin qiymətinin aşağı tempdə qalması bu imkanları Azərbaycan hökumətinin əlindən alır. Sadaladıqlarım nikbin proqnozlardı. Amma ehtimal var ki, neftin qiyməti 45-50 dollar arasında tərəddüd edəcək və hətta ötən ilki səviyyəsinə də enə bilər, orta hesabla 35-40 dollar. Ona görə də nəticə etibarı ilə yenə qeyri-neft sektorunun inkişaf etdirilməsi və əlavə olaraq xarici ölkələrdən kredit resurslarının cəlb olunmasına ehtiyac var.”

“Əlverişli biznes mühiti yaratmadan ciddi nəticələrə ümid etmək mümkün deyil”

ABŞ dolları, arxiv foto
ABŞ dolları, arxiv foto

Nemət Əliyevin vurğulamasına görə, Azərbaycanın 5-6 illik dövrdə xarici investisiyalar üzrə dinamikası göstərir ki, ciddi geriləmələr var:

“Təxminən xarici investisiya 3 milyard dollara qədər azalıb, halbuki, 7 milyard dollar idi. Bu azalmanı təsəvvür etmək çətin deyil və azalma yaxşı heç nə vəd etmir. Daxili imkanlar da məhduddur, o zaman nə olacaq, yenə ölkədaxili biznes mühitini yaxşılaşdırılması aktuallaşır. Ona görə əlverişli biznes mühiti yaratmadan çox ciddi nəticələrə ümid etmək mümkün deyil”.

OPEC loqo - generrik
OPEC loqo - generrik

Deputat Vüqar Bayramov isə xatırladır ki, OPEC-in (Neft İxrac Edən Ölkələr Birliyi) son toplantısından sonra neftin qiymətində artımlar müşahidə olunur:

“ Xüsusilə Səudiyyə Ərəbistanının növbəti aylar üçün…”

“ Xüsusilə Səudiyyə Ərəbistanının növbəti aylar üçün neft hasilatının azaldılması ilə bağlı kvotasının gözlənildiyindən çox elan etməsi neft bazarına təsir göstərdi. Eyni zamanda, pandemiyanın( koronavirus) yumşaldılacağıyla bağlı proqnozlar və vaksinləşmənin həyata keçirilməsi də neft bazarına təsir göstərir”.

Vüqar Bayramov hesab edir ki, Azərbaycan üçün neftin dünya bazar qiyməti kifayət qədər əhəmiyyətlidir:

“Qiymətin yüksək olması Azərbaycan üçün məqbul və arzuolunandır”

“ Çünki ixraacatın təxminən 85 faizini neft və neft məhsulları təşkil edir. O zaman ölkəyə daxil olan valyutanın həcminə təsir göstərən amillərdən biri də neftin dünya bazar qiymətidir. Bu il dövlət büdcəsində neftin 1 barrelinin qiyməti 40 dollar nəzərdə tutulub, hazırda isə qiymət 55 dollar ətrafında dəyişir. O baxımdan, qiymətin yüksək olması Azərbaycan üçün məqbul və arzuolunandır. Çünki bu, ölkəyə daha çox valyutanın daxil olmasına imkan verəcək. Bununla da həm Dövlət Neft Fondunun gəlirlərində artımlar olacaq, həm də fond bu il öhdəliklərini yerinə yetirdikdən sonra aktivlərin həcmini artıra bilər.”

Vüqar Bayramov, 27 oktyabr 2006
Vüqar Bayramov, 27 oktyabr 2006

Deputat sonda da deyib:

“ Son illər Azərbaycan üçün əsas prioritetlərdən biri valyuta ehtiyatlarının və Dövlət Neft Fondunun aktivlərinin qorunub saxlanılmasıdır. Ona görə də neftin dünya bazar qiyməti Azərbaycan üçün fiskal baxımdan əhəmiyyətlidir. Bu, dövlət gəlirlərimizin artmasına imkan yaratmaqla Dövlət Neft Fondunun və bütövlükdə strateji valyuta ehtiyatlarımızın 2021-ci ildə artmasıyla nəticələnə bilər”.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG