Keçid linkləri

2024, 15 May, çərşənbə, Bakı vaxtı 23:08

'Azərxalça'-nin sədri həbs edilib'


Azərbaycan xalçası
Azərbaycan xalçası

“Azərxalça”-nın həbs edilən sədri işdən də çıxarıldı

Vidadi Aydın oğlu Muradov “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə heyətinin sədri vəzifəsindən azad edilib.

Bu gün, yanvarın 10-da prezident İlham Əliyev bununla bağlı sərəncam verib.

V.Muradov yanvarın 9-da mənimsəmə və başqa ittihamlarla həbs edilib.

İttihamlara, hələlik, ondan və vəkilindən münasibət almaq mümkün olmayıb.

***

“Azərxalça” açıq səhimdar cəmiyyətinin (ASC) idarə heyətinin sədri həbs edilib.

Bu barədə bu gün, yanvarın 9-da Azərbaycan Baş Prokurorluğu məlumat yayıb.

Məlumatda vurğulandığına görə, “Azərxalça” ASC-nin İdarə heyətinin sədri vəzifəsində işləmiş Vidadi Muradovun əməlləri ilə əlaqədar Baş Prokurorluğa daxil olmuş materiallar əsasında aparılmış araşdırma nəticəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
İddiyaya görə, onun mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və vəzifə saxtakarlığı törətməsinə əsaslı şübhələr yaranıb:

“ Muradov Vidadi Aydın oğluna cinayət məcəlləsinin 179.4 (mənimsəmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib. Rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib”

Bu açıqlamaya, hələlik, Vidadi Muradov və ya onun vəkilinin münasibətini almaq mümkün olmayib.Onların ittihama münasibətləri, hələlik, bəlli deyil.

Vidadi Muradov Azərbaycan Prezidentinin 2016-ci il iyunun 10-da imzaladığı sərəncamı ilə "Azərxalça" ASC-nin İdarə Heyətinin sədri təyin olunmuşdu. "Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi" (30 may, 2014-cü il) fəxri adı, "Şöhrət" ordeni (7 mart, 2016-cı il) və "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalı (27 may, 2019-cu il ) ilə təltif edilib.

“Azərxalça” ASC də 2016-cı ilin mayında Prezident İlham Əliyevin sərəncamı ilə yaradılıb. Cəmiyyətin əsas vəzifəsi xalça istehsalı, ixracı, onların ölkə daxilində, xaricdə satışının təşkili, yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadədir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG