Keçid linkləri

Təcili xəbərlər
2021, 16 Yanvar, şənbə, Bakı vaxtı 04:49

Prokurorluğun 10 işçisi işini itirib


Baş Prokurorluq

"Ötən il xidməti fəaliyyətlində yol verdikləri nöqsanlara görə 30 prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilib".

Baş Prokurorluğun mətbuat xidmətindən bildiriblər ki, bunu Baş prokuror Kamran Əliyev yanvarın 8-də keçirilən əməliyyat müşavirəsində deyib.

K.Əliyev vurğulayıb ki, onların ikisi prokurorluq orqanlarından xaric olunub, səkkiz nəfər vəzifəsindən azad edilib. Həmçinin, 15 nəfərə töhmət və ya şiddətli töhmət verildiyi, beş nəfər barəsində isə digər intizam tənbehi tədbiri tətbiq olunduğu bildirilir.

Korrupsiya ilə mübarizə

Müşavirədə habelə qeyd edilib ki, keçən il korrupsiya ilə mübarizə diqqət mərkəzində saxlanılıb: "Hesabat dövründə korrupsiya hüquqpozmasına yol vermiş 281 şəxs barəsində 180 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün məhkəmələrə göndərilib".

49 milyon manat ziyan ödənilib

Hesabat dövründə 49 milyon 153 min manat məbləğində ziyanın ödənilməsi təmin edilib: "Həmçinin, 13 milyon 283 min manat dəyərində əmlak üzərinə həbs qoyulub".

Amma Azərbaycan müxalifəti və bəzi ekspertlər ölkədə korrupsiya ilə mübarizəni yetərli saymırlar. Onlar hesab edirlər ki, Baş Prokurorluq böyük korrupsiya əməllərinin üzərinə lazımı səviyyədə gedə bilmir.

Multimedia

XS
SM
MD
LG