Keçid linkləri

2024, 24 Aprel, çərşənbə, Bakı vaxtı 09:34

ABŞ İranın metal sənayesinə sanksiya qoyur


Arxiv fotosu
Arxiv fotosu

Sanksiyalara uyğun olaraq, siyahıdakı qurumlar və fərdlərin ABŞ yurisdiksiyasındakı aktivləri dondurulur, ABŞ vətəndaşlarının onlarla işləməsi qadağan olunur

Birləşmiş Ştatlar İranın metal sənayesinə bağlı 16 şirkəti və şəxsi qara siyahıya salıb. Vəzifədən getməkdə olan Donald Tramp administrasiya Tehranı gəlirlərindən məhrum etməyi qarşısına məqsəd qoyub.

ABŞ Xəzinədarlığının yanvarın 5-də yaydığı bəyanatda deyilir ki, İranın metal sektoru ölkə rəhbərliyinin “vacib gəlir mənbəyi” olduğu üçün hədəfə alınır.

Aktivlər dondurulur...

Qurum bildirir ki, bu sektor İranın “korrupsioner liderlərinin sərvət mənbəyidir, bir sıra çirkin fəaliyyətlər maliyyələşdirilir və bu sıraya kütləvi qırğın silahlarının yayılması, onların çatdırılması, xarici terrorçu qruplara dəstək, ölkədə və xaricdə bir sıra insan haqları pozuntuları daxildir”.

Sanksiyalara uyğun olaraq, siyahıdakı qurumlar və fərdlərin ABŞ yurisdiksiyasındakı aktivləri dondurulur, ABŞ vətəndaşlarının onlarla işləməsi qadağan olunur.

İran rəsmiləri hələlik, bu sanksiyalara reaksiya verməyiblər.

ABŞ Xəzinədarlığı Çində mənzillənən “Kaifeng Pingmei” Yeni Karbon Materialları Texnologiyası şirkətinin adını çəkərək onun 2019-cu ilin dekabrın 2020-ci ilin yanvarınadək İranın polad şirkətlərinə min tonlarla material göndərdiyini bildirir.

İranın 12 şirkəti arasında “Pasargad Steel Complex” və “Gilan Steel Complex” şirkətləri də var.

Əvvəlki sanksiyalar

2019-cu ilin mayında Birləşmiş Ştatlar İranın polad, alüminium, mis və dəmir sektorlarına sanksiyalar elan etmişdi. Bütün bunlar ölkənin əsas gəlir mənbələridir.

ABŞ-ın yeni seçilmiş prezidenti Co Bayden yanvarın 20-də and içməlidir. Tramp administrasiyası o vaxtadək İrana “maksimum təzyiq” kampaniyasını davam etdirəcəyini bildirib.

Tramp 2018-ci ildə İranla nüvə sazişindən çıxaraq Tehrana sanksiyaları bərpa edib. Prezident 2015-ci ildə imzalanmış sazişin İranın nüvə proqramına, terrorçuları maliyyələşdirməsinə son qoymadığını bildirib. İran isə nüvə sazişi hazırlamadığını deyir.

İran da sonradan nüvə sazişi çərçivəsindəki öhdəliklərindən tədricən uzaqlaşmağa başladı.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG