Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 21:08

Los-Ancelesdə xəstəxanalar dolub


Britaniyada AstraZeneca vaksini vurulur
Britaniyada AstraZeneca vaksini vurulur

Gündəlik yoluxmalar 250 min 173 olub. Bununla da ABŞ-da ümumi yoluxma sayı 21 milyonu, ölü sayı isə 357 mini keçib

Birləşmiş Ştatlarda COVID-19-a yoluxmalarda daha bir gündəlik rekord qeydə alınıb. Bu arada Kaliforniyada xəstəxanaların dolduğu, hətta vəziyyəti çox ağır olan xəstələri qəbul edə bilmədiyi xəbər verilir.

Yanvarın 5-də açıqlanan məlumata görə, son 24 saat ərzində koronavirusdan 3 min 936 ölüm təsdiqlənib. Bundan əvvəlki rekord 3 min 920 idi.

Gündəlik yoluxmalar isə 250 min 173 olub. Bununla da ABŞ-da ümumi yoluxma sayı 21 milyonu, ölü sayı isə 357 mini keçib.

Xəstəxanaya yerləşdirilənlərin sayı rekord vurur

Aktiv xəstə sayı da rekord həddə çatıb – 131 mindən çoxdur. Ölkənin cənubunda və qərbində vəziyyətin lap ağır olduğu bildirilir.

Los-Ancelesdə səhiyyə rəsmiləri təcili yardım işçilərinə deyirlər ki, yetkin yaşlı xəstələrin gətirilməsini dayandırsınlar. Onlar çarpayı və işçi çatışmazlığını, oksigendən istifadəni məhdudlaşdırmağın vacibliyini vurğulayıblar.

Son aylar Birləşmiş Ştatlarda yoluxmalarda kəskin artım yaşanır. Səhiyyə rəsmiləri səbəbi bayramlarda sakinlərin məclislər qurmasında görürlər.

Ölkədə vaksinasiya dekabrın ortasında başlanıb, ancaq cəmi 4,8 milyon nəfərin – əhalinin 2 faizindən də azının peyvənd olunduğu bildirilir.

Digər ölkələr də yoluxmaları azaltmağa çalışırlar. Britaniya yanvarın 5-dən məktəbləri bağlayıb. Almaniyada isə şirkət və ofislər daha üç həftə qapalı qalacaq.

Almaniyada yanvarın 31-dək məktəblər, əyləncə yerləri, həyati əhəmiyyətli mağazalar da açılmayacaq. Kansler Angela Merkel yeni qadağaları “çox güclü” adlandırıb. Yoluxma göstəricilərinin yüksək olduğu regionlarda sakinlərin evlərinin 15 km-dən uzağa getməsinə icazə verilmir.

Vaksinasiya necə gedir

Britaniya yeni, daha sürətli yayılan B.1.1.7 ştammını önləməyə çalışırlar. Danimarkada yeni ştamma 86 yoluxma təsdiqlənib. Bu ölkədə 5 nəfərdən çox adamın bir yerə yığışmasına icazə verilmir, hamını evdə qalmağa çağırırlar.

Bir sıra ölkələr isə ümidini vaksinasiyaya bağlayıb. Pandemiya dünyada 1.8 milyondan çox insanın həyatına son qoyub, qlobal iqtisadiyyatda böhran yaradıb.

Merkel Rusiya Prezidenti Vladimir Putinlə birgə vaksin istehsalını müzakirə ediblər. Bu haqda Kreml məlumat yayıb.

Koronavirusu indi də türkəçarə ilə müalicəyə cəhd edənlər var
Gözlə

No media source currently available

0:00 0:03:11 0:00

Almaniya hazırda BioNTech şirkətinin Pfizer-lə birlikdə hazırladığı, Rusiya isə özünün istehsal etdiyi Sputnik V vaksinindən istifadə edir.

Bu həftədən Britaniyada Oksford Universitetinin AstraZeneca ilə hazırladığı vaksini də vurmağa başlayıblar. Bu vaksin Pfizer və Moderna-nın hazırladığı alternativlərdən daha ucuzdur, daşınması və saxlanması daha asandır.

Meksika və Hindistanda Oksford-AstraZeneca vaksini istifadəyə təsdiqlənib. Rvanda bildirib ki, vaksindən almaq üçün istehsalçılarla əlaqə saxlayır.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG