Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 20:31

2020-ci ildə Rusiyada neft hasilatı son 10 ilin ən aşağı səviyyəsinə enib


Rusiyada neft mancanaqları, arxiv foto
Rusiyada neft mancanaqları, arxiv foto

2020-ci ildə Rusiyada xam neft və kondensat istehsalının həcmi 2019-cu illə müqayisədə 8,6 azalıb. (512,68 milyon ton ) Bu göstərici son 10 ilin ən aşağı həddi hesab olunur. Son bir ildə Rusiyada qaz hasilatının həcmi də 6,2 azalıb.

İnterfaks bu statistikanı Enerji Nazirliyinin strukturunun məlumatlarına istinad edərək yayıb.

Bloomberg xəbər verir ki, 2019-cu ildə Rusiya bütün postsovet dövrü üçün 568 milyon ton neft və kondensat hasilatı ilə rekord vurub. Məlumata görə, bu bu rəqəm, Neft İxrac edən Ölkələr Təşkilatı (OPEK) ilə hasilatı azaltmaq barədə razılaşmalara baxmayaraq əldə edilib.

Ancaq 2020-ci ilin əvvəllərində koronavirus pandemiyası səbəbindən neftə təlabat azalmağa başlayıb. Mart ayında isə Rusiya neft hasilatının azaldılması ilə bağlı müqaviləni pozub, bu da qiymətlərin daha da aşağı düşməsinə səbəb olub.

Dekabrda Rusiya baş nazirinin müavini Alexander Novak hasilatı bərpa etmək şərtlərinə toxunaraq Rusiya üçün optimal neft qiymətinin 45-55 dollar olduğunu deyib. Lakin OPEC-in proqnozundan görünən odur ki, Rusiyada bu il də orta gündəlik neft istehsalı azalacaq.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG