Keçid linkləri

Təcili xəbərlər
2021, 20 Yanvar, çərşənbə, Bakı vaxtı 17:27

2021-in ilk günü: 341 yoluxma...


İran, koronaviruslu xəstələrin müalicə aldığı xəstəxana, arxiv foto

Yanvarın 1-də Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 341 yeni yoluxma faktı qeydə alınıb, virusa yoluxanlardan 3853 nəfər sağalıb.

Bu məlumatı bu gün, yanvarın 1-də Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb. Qurumdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 29 nəfər də vəfat edib. Bununla indiyə qədər koronovirustan vəfat edənlərin sayı 2670-ə çatıb.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 1.8 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.

XS
SM
MD
LG