Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:35

Dünya Səhiyyə Təşkilatı iki peyvəndin təcili istifadəsinə icazə verir


Latviyada Pfizer/BioNTech peyvəndinin vurulmasına başlanılıb, 28 dekabr 2020
Latviyada Pfizer/BioNTech peyvəndinin vurulmasına başlanılıb, 28 dekabr 2020

Dünya Səhiyyə Təşkilatı Pfizer (DST)və BioNTech şirkətlərinin istehsalı olan peyvəndlərin təcili vurulmasına icazəsi verib. Təşkilat hesab edir ki, preparat lazımi təhlükəsizlik və effektivlik meyarlarına cavab verir. DST bildirir ki, istifadənin faydaları potensial risklərdən çoxdur.

DST epidemiya ilə mübarizə aparmaq üçün zəruri olan dərmanlara təcili icazə verir, testin nəticələri ilə bağlı məlumatlar hələ ki, əl çatan deyil. Bundan sonra dünya ölkələri daxili lisenziyalaşdırma proseslərini sürətləndirə bilərlər və BMT ehtiyacı olan ölkələr üçün peyvənd almağa başlaya bilər.

Amerika Birləşmiş Ştatları və Avropa İttifaqı ölkələrində COVİD -19-a qarşı Pfizer/BioNTech peyvəndləri istifadə edilir. Rusiyada yerli Sputnik V dərmanı ilə peyvəndlənmə aparılır.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 1.7 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb. Azərbaycanda indiyə kimi 216 min 584 nəfərin koronavirus infeksiyasına yoluxmasının aşkarlandığı, onlardan 2 min 575 nəfərin vəfat etdiyi açıqlanıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG