Keçid linkləri

2024, 18 May, şənbə, Bakı vaxtı 23:09

Prezident təqaüdləri artırıldı və...


İ.Əliyev
İ.Əliyev

Əfqanıstanda (SSRİ dönəmində) həlak olan hərbi qulluqçuların ailələri üçün Prezident təqaüdünün məbləği 500 manata qaldırılıb.

Bununla bağlı prezident İlham Əliyev dekabrın 30-da fərman imzalayıb. Əvvəl bu məbləğ 300 manat idi.

Prezidentin başqa bir fərmanı ilə 1990-cı il 20 Yanvar hadisələrində həlak olanların ailələrinə təsis edilmiş aylıq təqaüdün məbləği də 300 manatdan 500 manata çatdırılıb.

Böyük Vətən Müharibəsi (1941-1945-ci) iştirakçılarına təyin edilən Prezident təqaüdü isə 300 manata qaldırılıb. Əvvəl isə onun məbləği 150 manat idi.

Dövlət başçısı habelə, "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmiş şəxslərə ayrılan təqaüdü 1500 manatdan 1800 manata yüksəldib.

Gecəqondudan könüllü əsgər gedən kasıb balası
Gözlə

No media source currently available

0:00 0:03:00 0:00

Yeni təqaüdlər

Prezident İ.Əliyev habelə, "Vətən Müharibəsi Qəhrəmanı" adı verilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında da fərman imzalayıb. Onun məbləği 2000 manat müəyyən olunub. Söhbət bu il 44 gün davam edən İkinci Qarabağ savaşında xidmətlərinə görə təltif olunan şəxslərdən gedir.

Bütün bunlardan başqa, pensiya hüququ olan elmlər doktoru və fəlsəfə doktorlarına Prezident təqaüdü də təsis edilib. Onlara isə 120 manatdan 200 manata kimi təqaüdlər nəzərdə tutulub.

Fərmanlar 2021-ci il yanvarın 1-dən qüvvəyə minir.

Müharibə dəhşətlərini görən əsgərlərə kim psixoloji yardım göstərəcək?
Gözlə

No media source currently available

0:00 0:05:22 0:00

50 faiz artım

Prezident İ.Əliyevin daha bir fərmanı isə müharibə və 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxsləri əhatə edir.

Fərmanla bu kateqoriyadan olan şəxslər, həmçinin müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə bərabər tutulanlar (hərbi xidmət vəzifələrini yerinə yetirməklə və Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olan şəxslər) üçün Prezident təqaüdünün məbləği orta hesabla 50 faiz civarında artırılaraq:

I dərəcə əlilliyi olan şəxslər üçün 250 manatdan 400 manata,

II dərəcə əlilliyi olan şəxslər üçün 230 manatdan 350 manata,

III dərəcə əlilliyi olan şəxslər üçün isə 210 manatdan 300 manata çatdırılıb.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG