Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:12

Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd edilir


Azərbaycanlılar sovet sərhədini sökür (1-ci hissə)
Gözlə

No media source currently available

0:00 0:02:36 0:00

Azərbaycanlılar sovet sərhədini sökür (1-ci hissə)

Dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür. Artıq 28 ildir ki, bu bayram Azərbaycanda rəsmən qeyd edilir.

Amma bu il bayramın koronavirus pandemiyasi üzündən ölkədə sərt karantin rejimi ilə bağlı kütləvi tədbirlərlə qeyd edilməsi gözlənilmir.

Bu bayramın əsası 1989-cu il dekabrın sonlarında Sovet Azərbaycanı ilə İran sərhədinin dağılması zamanı qoyulub. O hadisələrin şahidlərinin deməsinə görə, "Berlin divarı"nın sökülməsindən (1989-cu il noyabrın 11-i) sonra parçalanmış xalqların birləşməsi ideyası Azərbaycanda da möhkəm kök salmışdı.

Azərbaycanlılar sovet sərhədini sökür (2-ci hissə)
Gözlə

No media source currently available

0:00 0:03:38 0:00

Həmin vaxt həm Azərbaycan Sovet Sosialist Respublikasında (SSR), həm də İranda yaşayan eyni xalqa mənsub insanlar tikanlı sərhəd məftillərinin sökülməsi ilə bir-birlərinə sevgilərini bildiriblər. Sərhəd məftillərinin, əsasən, Azərbaycan SSR-in Cəlilabad, Naxçıvan Muxtar Respublikası və başqa bölgələrində əhalinin səyi ilə söküldüyü qeyd edilir.

Elə həmin vaxt İstanbulda Dünya Azəri Türk Dərnəyinin birinci qurultayında dekabrın 31-nin həmrəylik günü kimi qeyd olunmasına dair qərar verilib. 1992-ci ildə prezident Əbülfəz Elçibəyin hakimiyyəti dövründə isə bu qərar rəsmiləşdirilib.

XS
SM
MD
LG