Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:17

Türkiyəylə ABŞ sanksiyaları müzakirə edirlər


S-400
S-400

Çavuşoğlu ilsonu keçirdiyi mətbuat konfransında jurnalistlərə deyib ki, Türkiyə yeni seçilmiş prezident Co Bayden administrasiyası dövründə Birləşmiş Ştatlarla “daha sağlam” münasibətlər qurmaq istəyir

Türkiyə və Birləşmiş Ştatlar sanksiyalar məsələsi üzrə birgə işçi qrup yaratmaqla bağlı danışıqlar aparırlar. Söhbət Ankaranın Rusiyadan raketdən müdafiə sistemi almasına görə Vaşinqtonun tətbiq etdiyi sanksiyalardan gedir. Açıqlamanı dekabrın 30-da Türkiyənin Xarici işlər naziri Mevlut Çavuşoğlu verib.

Çavuşoğlu ilsonu keçirdiyi mətbuat konfransında jurnalistlərə deyib ki, Türkiyə yeni seçilmiş prezident Co Bayden administrasiyası dövründə Birləşmiş Ştatlarla “daha sağlam” münasibətlər qurmaq istəyir.

Bu ayın əvvəlində ABŞ Türkiyəyə S-400 sistemlərinə görə sanksiya tətbiq edib. Rusiyanın təsirini önləmək məqsədi güdən CAATSA qanunundan ilk dəfə ABŞ-ın müttəfiqinin cəzalandırılması üçün istifadə olunub.

Sanksiyalar Türkiyə Prezidentliyinin Müdafiə Sənayesini, prezidentliyin başçısını və daha üç aparıcı məmuru hədəfə alıb. Həmçinin ekspert lisenziyaları, agentliyə kreditlər ayrılmasına qadağa qoyulub.

Mübahisəli məqamlar

İki müttəfiq arasında xeyli sayda mübahisəli məsələlər var – Türkiyədə Amerika vətəndaşları və yerli konsulluq əməkdaşlarının həbsindən tutmuş, ABŞ-ın Suriyada Türkiyənin terrorçu hesab etdiyi kürd döyüşçüləri dəstəkləməsinə qədər. Bundan başqa Ankara ABŞ-da yaşayan ilahiyyatçı Fətulla Güləni 2016-cı ilin uğursuz çevriliş cəhdinin arxasında durmaqda suçlayır.

Birləşmiş Ştatlar sanksiyalardan öncə Türkiyəni özünün F-35 qırıcı təyyarə proqramından çıxarıb, Rusiya texnologiyasının bu təyyarələrə təhdid yaratdığını deyib. Vaşinqton S-400-lərin NATO sistemlərinə uyğun olmadığını bildirir.

“2020-ci ildə Birləşmiş Ştatlarla münasibətlərimizə mövcud problemlər kölgə saldı. 2021-ci ildə yeni administrasiya ilə əlaqələrimizi daha sağlam şəkildə qurmağa, mövcud problemləri yoluna qoymağa hazırıq”, – Çavuşoğlu deyib.

Nazirin sözlərinə görə, işçi qrup yaratmaq təklifi ABŞ tərəfdən gəlib, artıq qrupun yaradılması üzrə texniki danışıqlar başlanıb.

Çavuşoğlu ayın əvvəlində deyirdi ki, Türkiyə sanksiyalara qarşı cavab tədbirlərini nəzərdən keçirir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG