Keçid linkləri

Təcili xəbərlər
2021, 22 Yanvar, Cümə, Bakı vaxtı 04:49

Putin ‘xarici agent’ qanununa dəyişiklikləri imzalayır


Arxiv fotosu

Bu qrupa salınan təşkilatlar fəaliyyətləri haqda hesabat verməlidirlər, maliyyə təftişinə məruz qala bilərlər

İnsan haqları qrupları və müxalifətçilər Rusiya Prezidenti Vladimir Putinin təzəlikcə imzaladığı qanunun demokratik proseslərə zərbə vuracağını deyirlər.

Qanunvericilik dekabrın 30-dan qüvvəyə minir. Dəyişikliklərə görə, “xarici dövlətin maraqlarına uyğun” siyasi fəaliyyətlə məşğul olan fərdlər və ictimai qurumlar “xarici agent” hesab oluna bilər.

Bu qrupa salınan təşkilatlar fəaliyyətləri haqda hesabat verməlidirlər, maliyyə təftişinə məruz qala bilərlər.

Amillər

“Xarici agent” kimi tanınmağa bu amillər əsas yarada bilər: xarici qurumun marağına uyğun yürüş, yaxud siyasi debat təşkil etmək; dövlət siyasəti üzrə rəy yürütmək; seçki, yaxud referendumda müəyyən nəticəni təbliğ etmək; seçkidə müşahidəçi kimi, yaxud siyasi partiyada iştirak etmək.

“Amnesty International” insan haqları qrupu təklif olunan qanunvericiliyi sərt tənqid edərək deyirdi ki, bu, “təkcə Rusiyadan kənardan maliyyə alan vətəndaş cəmiyyəti təşkilatlarının deyil, bir çox başqa qrupların da işini kəskin məhdudlaşdıraraq onlara zərbə vuracaq”.

Tənqidçilərin fikrincə, 2012-ci ildə qəbul olunmuş, o vaxtdan əlavələrlə genişləndirilmiş “xarici agent” qanunundan Rusiyada vətəndaş cəmiyyəti təşkilatları, insan haqları müdafiəçiləri və siyasi fəallara qarşı özbaşına istifadə olunub.

Putinin imzaladığı başqa bir qanun isə “Roskomnadzor” media tənzimləyicisinə icazə verir ki, “Rusiya mediasına qarşı ayrıseçkilik edən” xarici vebsaytlara girişi tam məhdudlaşdırsın, yaxud yavaşıtsın.

Bu qanunun YouTube, Facebook və Twitter sosial media platformalarına təsir göstərəcəyi gözlənir.

Şərhlər

XS
SM
MD
LG