Keçid linkləri

Təcili xəbərlər
2021, 23 Yanvar, şənbə, Bakı vaxtı 15:10

Moskva Avropa İttifaqının qadağanlarına qadağanla cavab verir


Almaniya parlamenti - Bundestaq

Moksva bildirir ki, Almaniya təhlükəsizlik orqanlarının bir neçə rəsmisinin adlarını qadağan siyahısına əlavə edib.

Sözü gedən şəxslərin Rusiya ərazisinə daxil olmalarına qadağan qoyulur.

Rusiya bəyan edir ki, bu addım Almaniya parlamentinə 2015-ci ildə edilmiş haker hücumuna görə Avropa İttifaqının Moskva üzərinə qoyduğu səfər qadağanlarına cavabdır.

Rusiya Xarici İşlər Nazirliyi dekabrın 29-da “dişə-diş” prinsipi ilə qadağan siyahısına salınmış Almaniya rəsmilərinin adlarını açıqlamayıb.

Oktyabr ayında Avropa İttifaqı və Britaniya Rusiya Baş Kəşfiyyat İdarəsinin (GRU) rəhbərinə qarşı sanksiyalar qəbul etmişdi.

Bundan başqa GRU-nun daxilindəki daha bir quruma və onun zabirtlərindən birinə qarşı da sanskiyalar elan edilmişdi.

Onların hamısı Bundestaqa haker hücumu ilə bağlılıqda günahlandırılırdı.

Merkelin məktublarını oğurlamaq

Bu hücum zamanı Bundestaqın informasiya sisteminin əməliyyatları bir neçə gün kəsilmiş və kansler Angela Merkel də daxil bir neçə millət vəkilinin elektron poçtlarından “əhəmiyyətli həcmdə” informasiya oğurlanmışdl.

Sanksiyalar habelə GRU-nun 85-ci Baş Xüsusi Xidmət Mərkəzinin aktivlərinin dondurulmasını nəzərdə tutur.

Bu qurumun başqa bir adı da 26165 nömrəli hərbi hissədir. Bundestaqa hücumda bu qurumun zabitlərinin iştirak etdikləri düşünülür.

Aktiv dondurlması və səfər qadağanı sanksiyaları həm də sözü gedən mərkəzin zabiti Dmitri Badinə tətbiq olunub.

Avropa İttifaqı bildirib ki, o Bundestaqa kiberhücum etmiş qrupa daxil olub.

Brüssel bunu da bildirir ki, GRU-nun rəhbəri İqor Kostyukova da sansksiyalar qoyulub.

Şərhlər

XS
SM
MD
LG