Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:59

Rusiyada 1 milyon 300 min təqaüdçünün kredit borcu var, 20 milyon da...


Rusiya, arxiv foto
Rusiya, arxiv foto

Rusiyada 1 milyon 300 min təqaüdçünün kredit borcu var. Bu ölkə üzrə təxminən 6 təqaüdçüdən birinin borclu olması demıkdir.

Federal Məhkəmə İcraçıları Xidmətinin məlumatına görə, 1 noyabr tarixinə qədər kredit təşkilatları borcların yığılması ilə bağlı 7 milyon 800 min borclu ilə bağlı məhkəmə iddialarını udublar.
Bundan əvvəl rusiya vətəndaşlarının həm böyük banklardan, həm də mikromaliyyə təşkilatlarından götürdükləri 12 milyon 600 min kredit borcunun vaxtının keçmiş olduğu bildirilmişdi.

Bu rekord göstərici hesab edilir. Həm də qeyd olunur ki, ödənilməmiş borclar üzündən ölkədən çıxışına qadağa qoyulan Rusiya vətəndaşlarının sayı 2020-ci ildə 4 milyon yüz minə çatıb.
Sentyabr ayında Rusiya Statistika Komitəsinin açıqladığı məlumata görə, gəlirləri yaşayış minimumundan aşağı olan ölkə vətəndaşlarının sayı daha 1,3 milyon artaraq təxminən 20 milyon nəfərə çatıb. Bu da ölkə əhalisinin 13,5% -ni təşkil edir.

İyul ayında Rusiya prezidenti Vladimir Putin yoxsulluq səviyyəsini 6 ilə yarıya endirmək planlarını hədəfləyən "ölkənin irəliləyiş inkişafı" haqqında fərman imzalayıb. Bu hədəfin 2024-cü ilə qədər həyata keçirilməsi planlaşdırılırdı, amma sonradan məlum proqramın icrası 2030-cu ilə qədər təxirə salınıb. Kreml bunu “əlverişsiz beynəlxalq iqtisadi şərtlər” ilə izah edir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG