Keçid linkləri

Təcili xəbərlər
2021, 20 Yanvar, çərşənbə, Bakı vaxtı 18:06

Rusiyada Navalnını müdafiə aksiyaları keçirilib


Vladivostok, 26 dekabr 2020

Bazar günü Rusiyanın bir sıra şəhərlərində Aleksey Navalnının müdafiəsi ilə bağlı piketlər keçirilib. Navalninin son açıqlamalarından məlum olub ki, onu Rusiya Federal Təhlükəsizlik Xidmətinn əməkdaşları zəhərləyib.
"Exo Moskvı"nın belə piketlərdən birinin Peterburqun mərkəzindəki mehmanxananın qarşısında keçirildiyini yazır.

Məlumata görə, piket iştirakçılarının əlində Rusiya prezidenti Putini tənqid edən şuarların yazıldığı çoxsaylı plakatlar və göy rəngli alt paltarı olub. (Navalnının apardığı araşdırmalara görə, onu zəhərləyən maddə məhz onun əyinindəki alt paltara sürtülüb)

Polis əməkdaşları aksiyaçılara koronavirusla bağlı elan olunan “yüksək hazırlıq qaydaları”nı pozmaqla bağlı xəbərdarlıq ediblər, amma heç kim saxlanmayıb.

Bir gün əvvəl Peterburqda FTX-ni binası qarşısında da belə bir aksiya keçirilib. Etirazçılar Xidmətin əsas giriş qapısına qalxan piləkənənə üzərinə “yuyulmaq üçün” yazılan plakatla birgə paltarlar qoyublar.

Məlumatda qeyd edilir ki, etirazçılar bunu FTX əməkdaşlarının Navalnıya məxsus paltarların yuyulması məsələsinə işarə olaraq etdiklərini deyiblər. Beləki Navalının aldadaraq müsahibə götürdüyü FTX əməkdaşı Konstantin Kudryasev “Noviçok” zəhərini təmizləmək üçün Navalnının alt paltarının dəfələrlə yululduğunu deyib.
Navlnının müdafiəsi ilə bağlı oxşar aksiyalar Ufada, Vladivostokda və daha bir neçə şəhərdə də keçirilib.

XS
SM
MD
LG