Keçid linkləri

Təcili xəbərlər
2021, 23 Yanvar, şənbə, Bakı vaxtı 16:10

XİN-in daha iki keçmiş əməkdaşı ev dustaqlığına buraxılıb


Məhkəmə zalı

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) keçmiş vəzifəli şəxsləri - Fərhad Molla-zadə və Səlim Əlizadə ev dustaqlığına buraxılıb.

Dekabrın 26-da Səbail Rayon Məhkəməsində hakim Şəhla Süleymanovanın sədrlik etdiyi prosesdə F.Molla-zadə və S.Əlizadənin barəsində seçilən həbs qətimkan tədbirinin ev dustaqlığına dəyişdirilməsi ilə bağlı vəsatətlərə baxılıb. Vəsatətlər təmin edilib.

Hər iki şəxs barəsində həbs qətimkan tədbiri ləğv olunub və onlar ev dustaqlığına buraxılıblar.

Bu barədə məhkəmədən bildirilib.

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) iyulun 7-də keçirdiyi əməliyyat zamanı nazirliyin Tender Komissiyasının sədri Fərhad Molla-zadə və İşlər İdarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadə saxlanmışdı. Onlar barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilmiçdi.

Həmin şəxslər vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə və rüşvətalmada ittiham edilirdilər.

Xatırlatma

Bu cinayət işi üzrə XİN-in Konsulluq idarəsinin rəisi Faiq Bağırov, Konsulluq məsələləri və sənədlərin təsdiqi şöbəsinin üçüncü katibi İlqar Əliyev və Konsulluq hüquq şöbəsinin müdiri Nurupaşa Abdullayev də həbs edilmişdilər.Onlar da oxaşar ittihamlarla üzləşiblər.

Bir müddət əvvəl Səbail Rayon Məhkəməsinin qərarı ilə hər 3 şəxsin də ev dustaqlığına buraxıldığı bildirilir.

İttihamlara sözü gedən şəxlərin və ya onların vəkillərinin ayrılıqda münasibətlərini almaq, hələlik,mümkün olmayıb.

XS
SM
MD
LG