Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:46

ABŞ-ın Neşvil şəhərində güclü partlayış baş verib


ABŞ-da Tennessi ştatının mərkəzi şəhəri Neşvilin mərkəzində güclü partlayış baş verib.

Reuters-in yazdığına görə bundan əvvəl Neşvil polisinə “atışma səsləri” və şübhəli avtomobil barədə məlumat verilmişdi.

Avtofurqonun niyə şübhə doğurduğu açıqlanmır.

Şəhər polisinin sözçüsü Don Aaron deyib ki, hadisə dekabrın 25-də şəhərin turist ərazisində baş verib.

Sözçü deyib ki, avtomobillə bağlı şübhələrə görə polislər bomba zərərsizləşdirən komandanı çağırıblar.

Lakin istehkamçıların yolda olduğu vaxt avtofurqon partlayıb.

Qəsdən törədildiyinə inanılır

Sözçü bildirib ki, partlayışın qəsdən törədildiyinə inanılır. O deyib ki, Federal Təhqiqatlar Bürosu (FTB) də daxil hüquq-mühafizə orqanları təhqiqata başlayıblar.

FTB-nin keçmiş direktor müavini Endryu Makkeyb CNN telekanalına deyib ki, partlayışın hədəfi polis ola bilərdi.

Onun fikrincə, bu böyüklüyündə partlayış terror aktı kimi təhqiq ediləcək.

Partlayışdan az əvvəl polislər yaxınlıqdakı binaları qapı-qapı gəziblər və sakinləri evlərindən çıxaraq təhlükəsiz yerə çəkilməyə çağırıblar.

Polis bildirir ki, partlayış vaxtı avtofurqonun içində adam olub-olmaması bilinmir.

Prezidentə xəbər verilib

Səsi bir neçə məhəllə aralıda eşidilən partlayış zamanı bir polisin xəsarət aldığı bildirilir.

Partlayışa yaxın ərazidə evlərin şüşələri çiliklənib və bir neçə maşın od tutub.

Milad bayramı ilə bağlı ətrafdakı binaların çoxu bağlı idi.

Xəbər verilir ki, partlayış nəticəsində küçədəki ağaclardan bəziləri kökündən qopub.

Neşvil şəhərinin meri Con Kuper adamları şəhər mərkəzinə yaxınlaşmamağa çağırıb.

Partlayış barədə prezident Donald Trampa xəbər verilib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG