Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:19

Roma papası Milad günü müraciətində 'hamı üçün vaksin' istəyib


Roma papası Frensis
Roma papası Frensis

Roma papası Frensis dekabrın 25-də, Milad günündə etdiyi ənənəvi müraciətdə dünyada iztirabların sona çatması üçün dualarını bildirib və insanlar arasında birliyə çağırıb.

O bu çıxışını koronavirus pandemiyası ilə bağlı ənənəvi olaraq müqəddəs Pyotr meydanına baxan kilsə balkonundan yox, Həvari sarayında edib.

Papa pandemiyadan iztirab çəkənlər və məişət zorakılığının qurbanı olan qadınlar üçün dualarını yetirib.

O deyib ki, COVID-19-a qarşı vaksin hamı üçün, xüsusən də tavanasızlar üçün əlçatan olmalıdır:

"Məh hamıdan, dövlət başçılarından, şirkət və beynəlxalq təşkilatlardan rica edirəm ki, hamı üçün, xüsusilə də planetin hər yerində ən tavanasız və imkansız olanlar üçün xilasedici vaksinlər sahəsində rəqabət yox, əməkdaşlığı üstün tutsunlar”.

Roma papası habelə zorakılıq və terrordan əzab çəkənləri, xüsusilə dəuşaqları yada salıb.

Frensis bu mənada Suriya, Yəmən və İraqın adlarını çəkib.

Roma papasının bu müraciəti bütün xristian dünyası boyunca sərt koronavirus məhdudiyyətləri dövrünə təsadüf edir.

Bayram sakit keçir

İsa peyğəmbərin mövludu olan Milad bu il daha az təntənə və daha az izdihamla qeyd olunur.

Beytüləhm meri Anton Salman deyib ki, müqəddəs şəhər pandemiyanın yaratıdığı bütün maneə və çətinliklərə baxmaraq gələcəyə nikbin baxır.

O əlavə edib ki, “Milad qəlbimizdəki ümidləri dirçəldən bayramdır”.

Adətən Milad günündə bu şəhərdəki Mövlud kilsəsinə minlərlə xarici zəvvar gəlir.

Lakin İsrailin beynəlxalq hava limanı pandemiya ilə əlaqədar bağlı olduğuna görə builki bayrama xaricdən gələn olmayıb.

COVID-19 virusuna yoluxmaların sıçrayışlı artımına görə Avropa boyunca da bayram sakit keçir.

Parisdəki Notr Dam Məbədində yanğından sonra ilk dəfə olaraq kilsə xoru oxuyub.

Xorun səkkiz üzvü, aralarında iki metrlik sosial məsafə saxlamışdı.

Yunanıstanda ənənəvi qapı-qapı Milad mahnıları oxumaq ayini ləğv edilib. Paytaxt Afinada da bayram sakit keçir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG