Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 02:10

MGM satılacaqmı


"Agent 007" filmi
"Agent 007" filmi

"Metro-Goldwyn-Mayer Studios" (MGM) kino və televiziya şirkəti 10 il bundan əvvəl maliyyə iflasından xilas olub. Bundan sonra o, Hollivudda yüksək status əldə etmək üçün addımlar atmağa başlayıb. İnvestorlar "Rocky" və "James Bond" filmləri ilə tanınan, nərildəyən şir loqolu studiyanı satıb-satmamaq barədə razılığa gələ bilməyiblər.

"The Los Angeles Times" qəzeti yazır ki, studiya səhmdarlara əlverişli ola biləcək satış imkanlarını qaçırıb, indi də COVID-19 pandemiyasına görə çətin vəziyyətə düşüb. Kinoteatrlar bağlanıb, çəkilişlər dayandırılıb, iş yerləri ixtisara düşüb.

Kiçik studiyalar...

Studiya ötən ay ən yeni "Agent 007" filmi olan "No Time to Die" filminin ilk nümayişini pasxa həftəsonunadək təxirə salıb. Bu təxirə salmalar və şirkətin get-gedə artan borcları ötən ay MGM-in "S&P Global Ratings" siyahısında kredit əyarının aşağı düşməsinə səbəb olub.

Təhlilçilər deyirlər ki, studiyanın digər kontent istehlakçılarına sata biləcəyi çox yaxşı arxivi var. Ancaq bu, gəlirləri dəyişkən olan kiçik, müstəqil kino studiyasıdır.

MGM-in üzləşdiyi çətinliklərin çoxu digər orta ölçülü studiyalara da yad deyil. Təhlilçilər müstəqil kiçik studiya olan MGM-in "Walt Disney Co." və "Comcast"ın "NBCUniversal" studiyası kimi iri, üstəlik də, striminq sayəsində böyüyən şirkətlərlə müqavimətə davam gətirməsinin çətin olacağını düşünürlər.

Media təhlilçisi Riç Qrinfild deyir ki, yaxın bir neçə il ərzində kiçik həcmli studiyaların təkbaşına ayaqda qala biləcəyini düşünmək çox çətindir.

Cinsi qısnama ittihamları

İnvestorlar arasındakı gərginliyin çox hissəsi MGM idarə heyətinin sədri Kevin Ulrixin ətrafında cəmləşib. Ulrix eyni zamanda MGM-in əsas səhmdarı olan "Anchorage Capital Group" investisiya şirkətinin baş icraçı direktorudur.

Studiyanı satmaq tərəfdarı olan səhmdarların bəziləri 2003-cü ildə "Anchorage"ın həmtəsisçilərindən olan Ulrixin əyləncə sənayesinə çox bağlandığını düşünürlər. Digərləri isə Ulrixin studiyanı satmaq üçün daha yüksək qiymət gözlədiyini deyirlər. "The Wall Street Journal" qəzeti daha öncə sərmayəçilərin MGM-ə təzyiq etməsi haqda yazmışdı.

Bu əsnada Ulrixə qarşı cinsi qısnama ittihamı da irəli sürülüb və sonradan geri götürülüb. Nə Ulrix, nə "Anchorage" şirkəti, nə ittihamı irəli sürən Cennifer Perri, nə də onun vəkilləri mətbuata hər hansı açıqlama veriblər. Ancaq "Anchorage” digər investorlara bu məhkəmə işinin həllini tapdığını deyib.

Nyu-Yorkda yerləşən "Anchorage" 2010-cu ildə MGM iflasdan qurtulan zaman onun səhmdarı olmuş əsas kreditorlardan biri idi. Bu zaman "Anchorage", "Highland Capital Partners", "Davidson Kempner Capital Management" və "Owl Creek Investments" hərəsi MGM-in səhmlərinin 10%-dən çoxuna malik idi.

Pandemiyanın artırdığı risk

Qəzet təhlilçilərə istinadən yazır ki, "Anchorage" kimi risk fondları (hec-fondlar) və özəl investorlar, adətən, şirkətlərə 3 – 5 il sərmayə yatırıb sonra onları satırlar. Ancaq bəzi problemli aktivlərin satılması bir qədər uzun çəkir.

"Aktivi əlində nə qədər çox saxlasan, qoyduğun sərmayədən götürdüyün qazanc o qədər aşağı olacaq. Pandemiyanın gəlişi bu riski daha da artırıb". Los-Ancelesdə yerləşən "Grief&Co." sərmayə bankının təsisçisi Lloyd Qrayf qəzetə belə deyib.

Şirkətin işi ilə yaxından tanış olan şəxslər qəzetə bildiriblər ki, qurumun mərkəzsizləşdirilmiş idarə strukturu da çətinlik yaradıb. MGM bu sistemi baş icraçı direktor Qeri Barberin qəfil qovulmasından sonra tətbiq edib. 2018-ci ildə şirkətin satılmasının tərəfdarı olan Barber 8 illik fəaliyyətindən sonra işdən qovulub. Ulrix satışa qarşı idi. 2018-ci ildə dəyəri 110 dollar olan səhmlərin indiki dəyəri 84.50 dollardır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG