Keçid linkləri

2025, 10 İyul, Cümə axşamı, Bakı vaxtı 11:17

Can Dundara 27 il yarım həbs cəzası kəsildi


Can Dundar
Can Dundar

Onun vəkilləri məhkəmənin son iclasına qatılmaqdan imtina edib

Türkiyəli jurnalist Can Dundar casusluq və silahlı terrorçu təşkilata yardımda təqsirli bilinərək qiyabi olaraq 27 il yarım həbs cəzasına məhkum edilib. Vəkilləri bu hökmü siyasi motivli sayır.

Türkiyənin “Cumhuriyet” qəzetinin keçmiş baş redaktoru Dundar və onun həmkarı Erdem Gül 2016-cı ildə beş illik həbsə məhkum edilmişdilər. Onlar Türkiyə kəşfiyyatının Suriyaya silah göndərdiyi iddia olunan videonu dərc etmişdilər. Dundar bu cəzadan apelyasiya şikayəti verəndən sonra məhkəmə 2018-ci ildə cəzaları ləğv elədi və daha sərt cəza seçilməsi üçün yenidən məhkəmə qərarı çıxardı. Təkrar məhkəmə 2019-cu ildə başlandı.

Vəkilləri məhkəməyə getməyiblər

Onun vəkilləri məhkəmənin son iclasına qatılmaqdan imtina edib. “Öncədən çıxarılmış siyasi hökmün legitimləşdirilməsinin bir hissəsi olmaq istəmirik”, – onlar iclasdan qabaq yazılı bəyanatda bildiriblər.

Prezident Recep Tayyip Erdoganın tənqidçiləri üçün Dundar bu ölkədə xüsusilə 2016-cı ilin uğursuz çevriliş cəhdindən sonra mediaya təzyiqlərin simvoluna çevrilib. Hökumətsə məhkəmələrin müstəqil olduğunu, ölkənin üzləşdiyi təhdidlərə reaksiya verdiyini deyir.

Məhkəmə ayın əvvəlində hökmün oxunmasını təxirə salmışdı, Dundarın vəkilləri ədalətli məhkəmə prosesinin təmin olunması üçün hakimlərin dəyişdirilməsini istəyirdi. Ancaq məhkəmə vəsatəti rədd eləyib.

İstanbul məhkəməsi Dundarın Türkiyədəki aktivlərini müsadirə edib.

“Sərhədsiz Reportyorlar” Təşkilatının builki Mətbuat Azadlığı İndeksində Türkiyə 180 ölkə içində 154-cü olub.

XS
SM
MD
LG