Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:43

JMK:Qisasçılıqla öldürülən jurnalistlərin sayı ikiqat artıb


İllüstrativ foto
İllüstrativ foto

Jurnalistlərin ən çox öldürüldüyü ölkə isə Meksikadır, azı dörd jurnalist, daha biri isə məhz iş başında qətlə yetirilib

2020-ci ildə dünyada işinə görə qisasçılıq zəminində 21 jurnalist öldürülüb ki, bu da ötən ildəkindən iki dəfə çoxdur. Bunu Jurnalistləri Müdafiə Komitəsi (JMK) bildirir.

Ötən il dünyada 10 jurnalist qisasçılıqla öldürülmüşdü.

Ümumilikdə bu il iş başında azı 30 jurnalist öldürülüb. Nyu Yorkda mənzillənən qurum dekabrın 22-də hesabat yayıb.

Cəzasızlıq bəlası

“Son bir ildə il jurnalist qətlləri iki dəfədən çox artması qorxuludur və bu, beynəlxalq ictimaiyyətin cəzasızlıq bəlasına qarşı dayana bilmədiyini göstərir”, – JMK-nin direktoru Coel Saymon deyib.

Koronavirus pandemiyasına görə səyahətlər məhdudlaşdığından, medianın diqqətini özünə cəlb etdiyindən döyüş zonasında, atışmalarda öldürülən jurnalistlərin sayı üçə düşüb. Onların hər üçü Suriyada Rusiyanın endirdiyi bildirilən raket zərbələrində öldürülüb. Moskva Suriya Prezidenti Başar al-Assada ciddi hərbi dəstək verib.

Azı dörd jurnalist isə Suriya və Əfqanıstanda işinə görə qətlə yetirilib. Əfqanıstanda beşinci jurnalistin qətli isə hazırda araşdırılır.

İran hakimiyyəti bu ay müxalifət jurnalisti Ruhulla Zamı 2017-ci ildə hökumətə qarşı etirazları işıqlandırmasına görə edam elətdirib. JMK bunu “dövlət himayəsi altında qətl” adlandırır.

Meksika

Jurnalistlərin ən çox öldürüldüyü ölkə isə Meksikadır, azı dörd jurnalist, daha biri isə məhz iş başında qətlə yetirilib. JMK bu Latın Amerikası ölkəsində daha dörd jurnalistin ölümünü araşdırır.

Jurnalistlər bu ölkədə narkotik alverilə məşğul olan rəqib qrupların münaqişələrinə cəlb olunur, peşəsinə görə getdikcə daha çox mütəşəkkil qruplar, yaxud siyasətçilərin hədəfinə çevrilirlər.

Qurumun işinə görə qətlə yetirilən jurnalistlərlə bağlı təhlili 2020-ci il dekabrın 15-dək olan məlumata əsaslanır.

Bu ayı əvvəlində yayılmış hesabatda JMK deyirdi ki, dekabrın 1-dək dünyada azı 274 jurnalist həbsdə olub, hökumətlər koronavirus pandemiyasının, vətəndaş itaətsizliyinin işıqlandırılmasını boğmağa çalışıb.

“Dünyada öldürülən və həbs olunan jurnalistlərin sayının artması faktı informasiyanın vacib sayıldığı qlobal pandemiya dövründə mətbuat azadlığının görünməmiş hücum altında olduğunu ortaya qoyur”, – Saymon deyib.

“Bu dəhşətli tendensiyanı aradan qaldırmalıyıq”, – o, sözlərinə əlavə edib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG