Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 09:11

Büdcənin gəlirləri də artırılır, xərcləri də


Manat
Manat

Dekabrın 21-də prezident İlham Əliyev 2021-ci il dövlət büdcəsinin layihəsini Milli Məclisə təqdim edib. Bu, 2021-ci il üçün artıq ikinci büdcə layihəsidir. Birinci layihə sentyabrın əvvəlində təqdim olunmuşdu. İndiki layihəyə əsasən, 2021-ci il büdcəsinin gəlirləri 25 mlrd. 427 mln. manat nəzərdə tutulur. Bu, 2020-ci ilin proqnozu ilə müqayisədə 1 mlrd. 303 mln. manat, yaxud 5.4 faiz, 2019-cu ilin icra göstəriciləri ilə müqayisədə isə 1 mlrd. 208.9 mln. manat və yaxud 5 faiz çoxdur.

2021-ci il dövlət büdcəsinin xərcləri də 28 mlrd. 543 mln. manat olmalıdır. Bu da 2020-ci ilə nisbətən 1 mlrd. 50.8 mln. manat, yaxud 3.8 faiz, 2019-cu ilin icra göstəriciləri ilə müqayisədə isə 4 mlrd. 117.1 mln. manat və ya 16.9 faiz artıqdır.

2021-ci il üçün dövlət büdcəsinin sosialyönlü xərcləri 11 mlrd. 111.9 mln. manat məbləğində proqnozlaşdırılıb. Bu da 2020-ci illə müqayisədə 563.8 mln. manat və ya 5.3 faiz çoxdur.

2.2 milyard manat

Büdcə layihəsində qeyd olunub ki, işğaldan azad edilmiş Azərbaycan ərazilərinin bərpası və yenidən qurulmasına gələn ilin dövlət büdcəsindən 2.2 mlrd. manat ayrılacaq.

2021-ci il müdafiə, milli təhlükəsizlik, məhkəmə hakimiyyəti, hüquq-mühafizə orqanlarının və prokurorluğun saxlanılması üçün xərclərin artırılacağı vurğulanıb.

5 dollar artım

Azərbaycanın gələn il üçün dövlət büdcəsində neftin 1 barelinin qiyməti 40 dollar götürülüb. Əvvəlki layihədə və builki büdcədə bu rəqəm 35 dollardır.

Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin yuxarı həddi 12 mlrd. 200 mln. manat nəzərdə tutulur.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG