Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:43

Fəhlələr maaşlarını ala bilmədiklərini deyirlər


Etiraz aksiyası. 21 dekabr 2020
Etiraz aksiyası. 21 dekabr 2020

"Bahar" Enerji Əməliyyat Şirkətinin (BEƏŞ) bir qrup əməkdaşının bu gün, dekabrın 21-də şirkətin Bakıdakı ofisi önündə əmək haqlarının verilməsini tələb etdikləri deyilir. Bununla bağlı sosial şəbəkələrdə video da yayılıb.

Şikayətçilərdən adının çəkilməsini istəməyən birisi AzadlıqRadiosuna deyib ki, bu ilin may ayndan maaşlarının bir hissəsini alıblar:

"Son üç ayda maaşlar verilmir"

"Bu altı-yeddi ay belə davam etdi. Son üç ayda isə ümumiyyətlə, maaşlar verilmir".

BEƏŞ əməkdaşının deməsinə görə, fəhlələrin önünə çıxan şirkət rəhbərliyinin təmsilçiləri maaşların verilməməsini SOCAR-ın ödəniş etməməsi ilə əlaqələndiriblər. Onun vurğulamasına görə, burada aydın olmayan budur ki, digər şirkətlərin fəhlələri maaşlarını alırlar, amma BEƏŞ-in fəhlələrinə maaşlar verilmir:

SOCAR pulu ödəmir?

"Deyirlər ki, SOCAR-ın şirkətə 12 milyon dollar ödəyəcəyi var. Biz də yəqin bilmirik ki, SOCAR pulu ödəmir, yoxsa şirkətin rəhbərliyi bizi aldadır?.. Biz artıq ailə-uşaq üzünə baxa bilmirik, onların yanında da yalançı çıxmışıq".

Bu deyilənlərə, hələlik, "Bahar" Enerji Əməliyyat Şirkəti və Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) münasibət öyrənmək mümkün olmayıb.

Xatırlatma

"Bahar" Enerji Əməliyyat Şirkəti "Bahar" və "Qum dəniz" yataqlarında əməliyyat aparır. 2009-cu il dekabrın 22-də SOCAR ilə "Bahar" Enerji Əməliyyat Şirkəti arasında sözügedən yataqların kəşfiyyatı, bərpası və işlənməsi ilə bağlı razılaşma imzalanıb.

"Bahar" qaz-kondensat yatağı 1968-ci ilin martında kəşf olunub. Yatağın 1969-cu ildən işlənməyə verildiyi bildirilir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG