Keçid linkləri

Təcili xəbərlər
2021, 23 Yanvar, şənbə, Bakı vaxtı 15:41

Mülki formada polislər də icazələri yoxlayırlar


SMS icazədən kimlər narazıdı? - Bakıda sorğu
Gözlə

No media source currently available

0:00 0:01:23 0:00

SMS icazədən kimlər narazıdı? - Bakıda sorğu

Daxili İşlər Nazirliyi (DİN) ölkədə tətbiq olunan sərtləşdirilmiş karantin rejimində icazələrin yoxlanılmasına mülki polisləri də cəlb edib. Məlumatlara görə, artıq küçədə və digər ictimai yerlərdə xidməti formada olmayan şəxslər vətəndaşlara yaxınlaşaraq icazələri olub- olmamasını soruşur, dəqiqləşdirmə aparırlar.

DİN-dən bildirilib ki, həmin şəxslər mülki formada olan polis əməkdaşlarıdır.

"Xidməti vəsiqəsini təqdim etməklə..."

Nazirliyin mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev "Turan" İnformasiya Agentliyinə bildirib ki, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin olunmasında polis əməkdaşları xidməti, mülki geyimdə fəaliyyət göstərə bilərlər. Onun deməsinə görə, bununla bağlı hər hansı məhdudiyyət yoxdur: "İnzibati xətanı aşkar edən mülkigeyimli polis əməkdaşı xidməti vəsiqəsini təqdim etməklə inzibati xəta törədən şəxsi müvafiq polis orqanına təhvil verir. Əsasən tibbi maskadan istifadə etməyən, sosial məsafəni gözləməyən, aktiv koronavirus xəstəliyinin profilaktikasında epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena karantin rejiminin pozulmasına zəmin yaradan şəxslər aşkarlanaraq barələrində qanunvericiliyə uyğun tədbir görülür".

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 1.7 milyon civarında şəxsin vəfat etdiyi açıqlanıb. Azərbaycanda indiyədək ümumilikdə 202 min 88 nəfərin koronavirus infeksiyasına yoluxduğu, onlardan 2 min 210 nəfərin vəfat etdiyi açıqlanıb.

Ölkədə martın 24-dən karantindir. Rejim zaman-zaman həm sərtləşdirilib, həm də yumşaldılıb. Bir həftə öncə, dekabrın 14-dən yanvarın 18-nə kimi karantin yenidən sərtləşdirilib. Zəruri hallarla bağlı yaşayış yerini tərk edən insanlar (işsiz və ya fəaliyyətinə icazə verilməyən sahələrdə çalışanlar) SMS-lə müvafiq qurumdan icazə almalıdırlar.

XS
SM
MD
LG