Keçid linkləri

Təcili xəbərlər
2021, 19 Yanvar, çərşənbə axşamı, Bakı vaxtı 06:56

AzadAvropa/AzadlıqRadiosu-na yeni prezident təyin olunub


Ted Lipien

Amerikanın Səsi (VOA) radiosunun keçmiş jurnalisti Ted Lipien AzadAvropa/AzadlıqRadiosu-nun (RFE/RL) yeni prezidenti təyin olunub.

Təyinatı ABŞ-ın Qlobal Media Agentliyinin (USAGM) rəhbəri Maykl Pək açıqlayıb. Pək özü bu vəzifəyə altı ay öncə üç illiyə təyin olunub. O, vəzifəyə keçən kimi qurumun nəzarətində olan bir sıra media orqanlarının başçılarını dəyişib.

Prezident Donald Trampın Pəki vəzifəyə təyin etməsi demokratları narazı salmışdı.

Yeni prezident seçilmiş Co Bayden yanvarın 20-də and içəcək. O və keçid komandası Pəkin hərəkətlərini nəzərdən keçirəcəklərini deyib, onu işdən çıxarmağa eyham vurublar.

Lipien VOA-nın Polşa xidmətinin keçmiş rəhbəridir.

RFE/RL-in prezidenti vəzifəsini icra edən Deyzi Sindelar əvvəlki– radionun vitse-prezidenti və baş redaktoru vəzifəsinə qayıdır.

Şərhlər

XS
SM
MD
LG