Keçid linkləri

Təcili xəbərlər
2021, 16 Yanvar, şənbə, Bakı vaxtı 04:00

1703 yeni yoluxma qeydə alınıb


COVID-19

Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1703 yeni yoluxma faktı qeydə alınıb, virusa yoluxanlardan 4359 nəfər sağalıb.

Bu məlumatı bu gün, dekabrın 25-də Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb. Qurumdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 36 nəfər də vəfat edib: "İndiyədək ölkədə ümumilikdə 211764 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 160245 nəfər sağalıb, 2416 nəfər vəfat edib, aktiv xəstə sayı 49103 nəfərdir".

Qurumdan açıqlamaya görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə 13300, ötən müddət ərzində isə ümumilikdə 2129291 test aparılıb.

Rəsmi qurumların məlumatına görə, Azərbaycanda evdə də müalicə alan koronavirus xəstələri var. İki həftə öncə açıqlanan rəsmi məlumata görə, belə xəstələrin sayı 50 minə yaxın idi. Həmin vaxtdan xəstələrin ümumi sayında azalma olduğu bildirilir.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 1.7 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.

Multimedia

XS
SM
MD
LG