Keçid linkləri

Təcili xəbərlər
2021, 16 Yanvar, şənbə, Bakı vaxtı 03:59

ABŞ Rusiyadakı bütün baş konsulluqlarını bağlayır


Sankt Peterburqdakı ABŞ konsulluğu, arxiv foto

ABŞ-ın hazırkı prezidenti Donald Trampın administrasiyası ölkənin Rusiyadakı baş konsulluqlarının bağlanmasına qərar verib. Bundan sonra, Vaşinqtonun ölkədəki yeganə diplomatik nümayəndəliyi Moskvadakı səfirliyi olacaq.

Associated Press-in məlumatına ABŞ Dövlət Departamenti Vladivostok və Yekaterinburqdakı konsulluqların işini dayandırma planları barədə Konqresi xəbərdar edib.

Rusiyanın "Kommersant" qəzetinin yazdığına görə, Vladivostokdakı konsulluğun birdəfəlik, uraldakı konsulluğunun isə qeyri-müəyyən müddətə bağlanacağı planlaşdırılır. Bu isə o deməkdir ki, gələcəkdə Rusiya vətəndaşları ABŞ vizası üçün yalnız Moskvadakı səfirliyə və ya digər ölkələrdəki ABŞ konsulluqlarına müraciət etməli olacaqlar.

XS
SM
MD
LG