Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:47

ABŞ-da kiberhücum 'davam edir'


İllüstrativ foto
İllüstrativ foto

Təhqiqatçılar onun miqyasını tam anlamaqdan ötrü işi davam etdirirlər

ABŞ hökuməti şəbəkələrinin son kiberhücumun təsirinə məruz qaldığını təsdiqləyib, hücumun böyük olduğunu “hələ də davam etdiyini” bildirib.

Dekabrın 16-ds FTB, Kibertəhlükəsizlik və İnfrastruktur Təhlükəsizliyi Agentliyi (CISA) və Milli Kəşfiyyat Direktorunun İdarəsi “vəziyyətin qaldığını”, təhqiqatçıların onun miqyasını tam anlamaqdan ötrü işi davam etdirdiyini bildirib.

Birgə bəyanatda sözügedən qurumların “ciddi və davam etməkdə olan kibertəhlükəsizlik kampaniyasından xəbər tutduqları” qeyd edilir.

Koordinasiya qrupu yaradılıb

“Bu hücumun federal hökumət daxilində şəbəkələrə təsir göstərdiyini bilirik”, – bəyanatda vurğulanır.

Üç qurum ABŞ hökumətinin reaksiyasını koordinasiya etməkdən ötrü Kiber Birləşmiş Koordinasiya Qrupu yaradıblar.

Dekabrın 16-da Milli Təhlükəsizlik Agentliyi, Daxili Təhlükəsizlik Departamenti və FTB Konqres üzvlərini bilgiləndirib. Senator Dik Durbin sonradan CNN-ə deyib ki, “bu, Rusiyanın Birləşmiş Ştatlara virtual müharibə elan etməsidir və buna ciddi yanaşmalıyıq”.

Ağ evin Milli təhlükəsizlik müşaviri Robert Obrayan bu həftənin əvvəlinsə Avropaya səfərini yarımçıq kəsərək Vaşinqtona qayıdıb.

Kiberhücum haqda ilk məlumat dekabrın 13-də yayılıb. Hökumət neçə agentliyin haker hücumuna məruz qaldığını açıqlamayıb.

Səfirlik təkzib edir

Rusiyanın Vaşinqtondakı səfirliyi hücumda Rusiyanın əli olması haqda deyilənləri təkzib edib. Səfirlik dekabrın 14-də bəyanatında bildirib ki, Rusiya “kiber mühitdə hücum əməliyyatları aparmır”.

“SolarWinds ” texnologiya şirkətinin bildirməsinə görə, 18 min müştərisi şəbəkə proqramının hücuma məruz qalmış yeniləməsini yükləyiblər. Hakerlər 9 aya qədər həmin proqramda casusluqla məşğul olublar.

Texasda yerləşən, çox da tanınmayan bu şirkətin müştəriləri arasında dövlət agentlikləri, böyük korporasiyalar var.

CISA federal agentliklərə “SolarWinds”in məhsullarından istifadəni dayandırmaq göstərişi verib. Şirkət “kənar dövlət”dən qaynaqlanan hakerlərin yeniləməyə ziyanlı kod daxil etdiyini bildirib.

Pentaqon isə bəyanatında indiyədək özünün məxfi və qeyri-məxfi şəbəkələrində “təhlükəyə dəlil” tapmadığını bildirib.

Hər iki partiyanı təmsil edən bir qrup ABŞ senatoru daha çox informasiya tələb edib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG