Keçid linkləri

Təcili xəbərlər
2021, 16 Yanvar, şənbə, Bakı vaxtı 04:35

Ceyhun Bayramov Brüsselə gedib


C.Bayramov

Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti Brüssel şəhərinə yola düşüb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi dekabrın 17-də məlumat yayıb.

Nazirlik bildirir ki, onlar Azərbaycan-Avropa Birliyi Əməkdaşlıq Şurasının 17-ci iclasında iştirak edəcəklər. İclasın dəqiq tarixi, gündəliyi açıqlanmayıb.

"Səfər çərçivəsində nazir Ceyhun Bayramovun Avropa Birliyi, eləcə də Belçika Krallığının rəsmiləri ilə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur", - məlumatda yazılıb.

Azərbaycan Avropa Birliyi ilə "Şərq Tərəfdaşlığı" (ŞT) proqramı çərçivəsində əməkdaşlıq edir.

"Şərq Tərəfdaşlığı" proqramının əsası 2009-cu ildə qoyulub. Proqram AB-nin altı qonşu ölkəsini əhatə edir. Bura Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus və Ermənistan daxildir.

Bu ölkələrdən Gürcüstan, Moldova və Ukrayna qurumla assosiasiya sazişi imzalayıb. 2017-ci ilin noyabrında qurumla Ermənistan arasında də tərəfdaşlıq sazişi imzalanıb.

Azərbaycanla da belə sazişin imzalanması ilə bağlı danışıqlar hələ 2017-ci ilin əvvəlindən başlayıb. Ancaq, hələlik, tərəflər arasında tərəfdaşlıq sazişi imzalanmayıb.

Multimedia

XS
SM
MD
LG