Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:22

Lavrovla görüşmək istəmədilər


Zeljko Komsiç (solda) və Şefik Cafaroviç
Zeljko Komsiç (solda) və Şefik Cafaroviç

Lavrov deyir ki, Deyton sazişi Bosniyanın AB ilə münasibətlərinə “əngəl yaratmır”

Bosniya-Herseqovinanın üçtərəfli prezidentliyinin müsəlman və xorvat üzvləri dekabrın 15-də bu ölkədə səfərdə olan Rusiyanın Xarici işlər naziri Sergey Lavrovla görüşdən imtina ediblər. Səbəb Lavrovun 1990-cı illərdə Bosniya müharibəsinə son qoymuş sülh razılaşması haqda dedikləridir.

Şefik CafaroviçZeljko Komsiç birgə bəyanatda deyirlər ki, Lavrovun dekabrın 14-də dedikləri Bosniyanın rəsmi mövqeyinə ziddir və bu səbəbdən belə bir qərara gəliblər.

“Saziş heç cür dəyişdirilə bilməz”

Lavrov dünən başlanmış səfərinin sonunda üçtərəfli prezidentliyin hər üç üzvü ilə görüşməliydi. Dekabrın 14-də 1992-1995-ci illər Bosniya müharibəsinə son qoymuş Deyton sazişinin ildönümüydü.

Cafaroviç və Komsiç jurnalistlərə deyiblər ki, Lavrovun fikirləri “Deyton sazişinin bütün əlavələrinə sayqı ifadə eləmir, bu sazişə ölkənin institutları və simvollarına hörmət daxildir”.

Lavrov dekabrın 14-də Sarayevoda üçtərəfli prezidentliyin serb üzvü Milorad Dodiklə ayrıca mətbuat konfransından sonra deyib ki, saziş heç cür dəyişdirilə bilməz.

Bəzi Qərb diplomatları və Bosniya siyasətçilərinin fikrincə, Bosniyanın islahatlar həyata keçirməsindən ötrü razılaşmaya dəyişiklik olunmalıdır. Ancaq Dodik dəfələrlə deyib ki, Deyton strukturuna hər hansı dəyişiklik Serb Respublikasının Bosniyadan ayrılmasına səbəb olar.

Sülh sazişi Bosniyada serblər, xorvatlar və müsəlmanlar arasında müharibəyə son qoydu. Müharibədə 100 minədək insan öldürülüb, 2 milyondan çox şəxs evindən didərgin düşüb.

ABŞ-ın Ohayo ştatının Deyton şəhəri yaxınlığında ABŞ hava bazasına əldə olunmuş sazişdə mürəkkəb və parçalanmış bir dövlət strukturu qurulmaqla Bosniyadakı etnik bölgü də rəsmiləşdi.

İslahat cədlərinə maneələr

Üstündən 25 il keçəndən sonra Bosniya tam funksional vəziyyətdə deyil, islahatlar rəqib etnik liderlər tərəfindən bloklanır. Ölkə iki regiona parçalanıb – serblərin üstünlük təşkil etdiyi Respublika Srpska və Müsəlman-Xorvat Federasiyası. Onlar zəif mərkəzi hökumət tərəfindən idarə olunur.

Lavrov isə Dodikin mövqeyini təkrarlayıb – razılaşma olduğu kimi qalmalıdır.

“Demək istərdim ki, Deyton sazişini ləğv etməyə istənilən cəhd ciddi risklər və fəsadlar yaradar”, – Lavrov vurğulayıb.

Onun sözlərinə görə, razılaşmaya dəyişiklik olunarsa, “bütün sistemə təhlükə yaranar və sabitliyə təhdidə çevrilər”.

Avropa Birliyi 2016-cı ildə Bosniyanın üzvlük müraciətini qəbul edib, ancaq bu yöndə əlavə işlərin görülməsi üçün hökumət dərin struktur islahatları aparmalıdır.

Lavrovsa deyir ki, Deyton sazişi Bosniyanın AB ilə münasibətlərinə “əngəl yaratmır”.

“Bu prosesə müdaxilə etmirik”, – o əlavə edib.

Ancaq onu da bildirib ki, serblərin, xorvatların və müsəlmanların bərabərliyinə, Bosniyanın iki tərkib hissəsinə hörmət göstərilməlidir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG