Keçid linkləri

Təcili xəbərlər
2021, 22 Yanvar, Cümə, Bakı vaxtı 05:20

Əfqanıstanın şimalında azı 10 əsgər öldürülüb


Arxiv fotosu

Taliban silahlıları Əfqanıstanın şimalındakı Kunduz vilayətində azı 10 əfqan təhlükəsizlik əməkdaşını qətlə yetiriblər. Rəsmilər bunu dekabrın 14-də açıqlayıblar.

Hökumət bu arada sülh danışıqlarının gələn ay bərpa olunacağını bildirir.

Öldürülənlərin səkkizi polis zabitləri, ikisi əsgərlər olub. Yaralıların sayı açıqlanmır.

Son illər Taliban Kunduzu iki dəfə ələ keçirib.

Sentyabrdan Əfqanıstan hökuməti və Taliban silahlıları müharibəni bitirmək üçün Qətərdə sülh danışıqları aparırlar.

Ancaq danışıqlara baxmayaraq, Əfqanıstanda zorakılıq səngimir. Ölkənin müxtəlif yerlərində toqquşmalar baş verir, paytaxt Kabildə bomba və raket hücumları törədilir.

XS
SM
MD
LG