Keçid linkləri

Təcili xəbərlər
2021, 23 Yanvar, şənbə, Bakı vaxtı 16:27

İranda akademik 8 il həbs cəzasına məhkum edildi


Kamil Əhmədi

İran əsilli britaniyalı alim Kamil Əhmədi Tehranda səkkiz illik həbsə məhkum edilib. O, erkən nikahları və qadın sünnətini araşdırırdı.

Alimin vəkili Əmir Rəisyan dekabrın 13-də bildirib ki, müvəkkili “düşmən hökumətlə əməkdaşlığa” görə 8 il cəza alıb. Vəkil apellyasiya şikayəti veriləcəyini deyib.

Yarırəsmi Tasnim xəbər agentliyinin bildirməsinə görə, İnqilab Məhkəməsi akademikə 9 il həbs və 727 min dollarlıq cərimə kəsib. Həbsin müddəti arasında belə bir fərqin səbəbi bəlli deyil.

Əhmədinin həbs cəzasının dərhal başlanacağı, yoxsa apellyasiya şikayəti verilənəcən azadlıqda qalacağı bəlli deyil.

Əhmədi Twitter-də yazıb ki, ötən il 100 gün həbsdə qalıb və dindirilmə zamanı vəkilə çıxışı təmin olunmayıb.

O, İran hakimiyyətini “azlıqlar yaşayan ərazilərdə uşaqların məruz qaldığı ən zərərli adətlərlə” bağlı araşdırmasına görə onu hədəfə almaqda suçlayıb.

Əhmədi etnik kürddür. “Tasnim” yazır ki, o, homoseksuallığın təbliği üçün Avropa səfirlikləri ilə əməkdaşlıqda, İsrailə səfər etməkdə, düşmən mediası ilə əlaqə yaratmaqda, İranda insan haqlarının vəziyyətinə dair BMT-nin xüsusi məruzəçisinə saxta hesabatlar verməkdə suçlanır.

XS
SM
MD
LG