Keçid linkləri

Təcili xəbərlər
2021, 16 Yanvar, şənbə, Bakı vaxtı 07:56

Zəfər Günü bayram siyahısına salınır


Bakıda Zəfər Paradı
Gözlə
Embed

No media source currently available

0:00 0:01:55 0:00

Bakıda Zəfər Paradı

Azərbaycanda Zəfər və Anım günləri ilə bağlı Əmək Məcəlləsinə dəyişiklik edilir.

Bunlarla bağlı qanun layihələri Milli Məclisin dekabrın 11-də keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılıb.

Əmək Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, hər il noyabrın 8-i Zəfər Günü olacaq. Zəfər Günü iş günü hesab olunmayan bayram günlərinə aid ediləcək. Qanun layihəsi Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında" 3 dekabr 2020-ci il tarixli Sərəncamından irəli gəlir. Qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Habelə, Əmək Məcəlləsinə 106.1-ci maddə də təklif edilib. Söhbət hər il sentyabrın 27-si Azərbaycanın işğal altında olan torpaqları uğrunda həlak olmuş insanların xatirəsini yad etmə günü – Anım Günündən gedir. Bu qanun layihəsi də Prezident İ.Əliyevin "Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında" 2 dekabr 2020-ci il tarixli Sərəncamından irəli gəlir. Həmin qanun layihəsi də səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

Azərbaycan Müdafiə Nazirliyi dekabrın 3-də bildirmişdi ki, 44 günlük savaşda bu ölkənin silahlı qüvvələrinin 2 min 783 nəfər hərbi qulluqçusu həlak olub. 100 nəfərdən artıq hərbçinin itkin düşmüş hesab olunduğu, 1245 nəfərin isə tibb müəssisələrində müalicəsinin davam etdiyi bildirilib.

Həmin savaşda 94 mülki şəxsin də həlak olduğu, 400-dən çoxunun isə yaralandığı açıqlanmışdı.

Xatırlatma

Bu il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. Azərbaycan bildirib ki, noyabrın 9-u döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni, Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edib. Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb. Razılaşmaya əsasən, Kəlbəcər, Ağdam və Laçın rayonları da Azərbaycanın nəzarətinə qaytarılıb. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin isə Azərbaycanın separatçı saydığı qüvvələrin və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Müasir mərhələdə Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ savaşı) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi. Həmin savaşda da minlərlə insanın həlak olduğu bildirilir.

Multimedia

XS
SM
MD
LG