Keçid linkləri

Təcili xəbərlər
2021, 20 Yanvar, çərşənbə, Bakı vaxtı 17:19

Hərbi vəziyyət ləğv edildi


Milli Məclis

Milli Məclisin bu gün, dekabrın 11-də keçirilən plenar iclasında "Hərbi vəziyyətin ləğv edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Fərmanının təsdiq edilməsi barədə məsələ müzakirə olunub.

Sənədə əsasən, Azərbaycanda 2020-ci il dekabrın 12-si saat 00:00-dan hərbi vəziyyət ləğv edilir. Bu məsələ müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.

Azərbaycanda hərbi vəziyyət bu il sentyabrın 28-də İkinci Qarabağ müharibəsinin başlanması ilə bağlı bütün ölkə ərazisində elan edilmişdi. Hərbi vəziyyət çərçivəsində axşam saat 9-dan səhər saat 6:00-a kimi komendant saatı tətbiq olunmuşdu.

Bu il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. Azərbaycan bildirib ki, noyabrın 9-u döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni, Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edib. Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb. Razılaşmaya əsasən, Kəlbəcər, Ağdam və Laçın rayonları da Azərbaycanın nəzarətinə qaytarılıb. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin yarıdan çox hissəsinin isə Azərbaycanın separatçı saydığı qüvvələrin və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Xatırlatma

Müasir mərhələdə Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG