Keçid linkləri

2024, 07 Dekabr, şənbə, Bakı vaxtı 04:22

Bayden və Harris ‘İlin adamı’ seçildilər


Kamala Harris (solda) və Co Bayden
Kamala Harris (solda) və Co Bayden

Noyabrda hər 8 yetkin yaşlı amerikalıdan biri bəzən evində yetərincə yemək tapmadığını söyləyib

“Time” dərgisi ABŞ-ın yeni seçilmiş prezidenti Co Bayden və onun vitse-prezidenti seçilmiş Kamala Harrisi 2020-ci ilin adamı elan edib.

Dərgi bildirir ki, Bayden və Harris birlikdə bərpa və yeniləmə təklif ediblər və Amerika da onlara inandı. “Bayden və Harris göstərdi ki, empatiya qüvvələri parçalamanın yaratdığı hiddətdən daha böyükdür”, – məlumatda vurğulanır.

2020-ci il çoxsaylı böhranlarla yadda qaldı: əsrdə bir dəfə baş verən pandemiya, qəddar irqi ədalətsizlik, bərabərsizlik, meşə yanğınları, demokratiyaya hücumlar və sairə.

Amerika hara gedir

Birləşmiş Ştatlarda indiyədək COVID-19-a ən çox yoluxma qeydə alınıb. Bir neçə afroamerikalının ölümü sistematik irqçilik məsələsini gündəmə gətirib. İqtisadi bərabərsizlik dərinləşib.

Noyabrda hər 8 yetkin yaşlı amerikalıdan biri bəzən evində yetərincə yemək tapmadığını söyləyib.

3 noyabr seçkisində Co Bayden 51 faizdən artıq səslə qalib gəlib. Prezident Donald Tramp seçkidə saxtakarlıqla bağlı iddialar səsləndirib, məhkəmələrə üz tutub. Amma ölkənin nüfuzlu qurumları seçkinin şəffaf keçdiyini bildirib. Məhkəmələr iddiaların çoxuna baxmaqdan imtina edib.

Ötən il iqlim fəalı Qreta Tunberq “İlin adamı” seçilmişdi. Dərgi onun bu adı qazanmış ən gənc şəxs olduğunu bildirir. 78 yaşlı Bayden isə mükafata layiq görülmüş ən yaşlılar qrupuna daxildir.

“Donald Trampın son dörd ildə pozucu və bölücü qüvvə olmasına baxmayaraq, Bayden və Harris ölkənin hansı tərəfə getdiyini göstərir: etniklərin qarışımı, yaşanmış təcrübələr və dünyaya baxış”, – dərgi bildirir.

XS
SM
MD
LG