Keçid linkləri

Təcili xəbərlər
2021, 19 Yanvar, çərşənbə axşamı, Bakı vaxtı 06:45

Bu il 42 jurnalist öldürülüb


Beynəlxalq Jurnalistlər Federasiyasının loqosu

1990-cı ildən bəri dünyada 2 min 658 jurnalist öldürülüb. Onlardan 42-si bu il qətlə yetirilib, 235 jurnalist hazırda həbsdədir.

10 dekabr – Beynəlxalq İnsan Hüquqları Günündə Beynəlxalq Jurnalistlər Federasiyası “Qlobal Jurnalistikanın Ağ Kağızı” adlı sənəd yayıb. Bu federasiya 150 ölkədə 600 min üzvü olan peşəkar jurnalist təşkilatlarını birləşdirir.

Qurum 62 səhifəlik hesabatda bildirir ki, jurnalistlərin yarıdan çoxu 10 ən təhlükəli ölkədə öldürülüb. Həmin ölkələr müharibə, cinayətkarlıq və korrupsiyadan əziyyət çəkir.

1990-cı ildən bəri İraqda 339, Meksikada 175, Filippində 159, Pakistanda 138, Hindistanda 116, Rusiyada 110, Əfqanıstanda 93 jurnalist qətlə yetirilib.

Builki qətl sıralamasında birinci yeri 13 qətllə Meksika tutur. Pakistanda 5, Əfqanıstan, Hindistan, İraq və Nigeriyanın hərəsində 3 jurnalist öldürülüb.

Ən çox jurnalistin həbsdə olduğu ölkə Türkiyədir – 67 nəfər. Misirdə 21, Çində 23, Səudiyyə Ərəbistanında 14, Belarusda 11 jurnalist dəmir barmaqlıqlar arxasındadır.

XS
SM
MD
LG