Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 22:28

ABŞ hökuməti Facebook-u parçalamaq istəyir


Arxiv fotosu
Arxiv fotosu

Məhkəmə iddialarında məhkəmələrdən xahiş olunur ki, Facebook-u Instagram və WhatsApp tətbiqlərini satmağa məcbur etsin

ABŞ-da federal tənzimləyici orqanlar və 48 ştat Facebook sosial şəbəkəsini parçalamaq məqsədilə iki ayrı-ayrı antimonopoliya iddiaları qaldırıblar.

Federal Ticarət Komissiyası (FTK) və Nyu Yorkun başçılığı ilə baş prokurorlar koalisiyası sosial media nəhəngini qeyri-rəqabətli və inhisarçı davranışda ittiham edir.

Kiçik şirkətlərə tələb aradan qaldırılsın

Məhkəmə iddialarında məhkəmələrdən xahiş olunur ki, Facebook-u Instagram və WhatsApp tətbiqlərini satmağa məcbur etsin. Sosial şəbəkə həmin tətbiqləri uyğun olaraq 2012 və 2014-cü illərdə alıb. Facebook-in öz platformasında kiçik şirkətlərdən onunla rəqabət aparmamaqla bağlı tələbinin də aradan qaldırılması tələb olunur.

Bu məhkəmə iddiaları digər texnologiya nəhənglərinə qarşı da siqnal ola bilər. Hökumət oktyabrda Alphabet-ə məxsus Google şirkətinə qarşı iddia qaldırmışdı.

Konqres və federal hakimiyyət orqanları Amazon və Apple şirkətlərinə qarşı qeyri-rəqabətli davranış iddiaları ilə bağlı istintaq aparır.

“Facebook-un monopoliyanı möhkəmləndirmək və saxlamaq cəhdləri müştərilərini rəqabətin faydalarından məhrum edir”, – FTK-ın Rəqabət Bürosunun direktoru Yan Konner deyib.


Sağmal inək misalı

Nyu York ştatının baş prokuroru Letisia Ceyms isə bildirib ki, “Facebook dominantlıq və monopoliyadan yararlanaraq daha kiçik rəqiblərini gündəlik istifadəçilər hesabına əzib”.

Ceymsin sözlərinə görə, Facebook rəqabəti boğaraq “istifadəçilərdən faydalanıb, şəxsi datanı sağmal inəyə çevirərək milyardlarla dollar qazanıb”.

“Heç bir şirkət şəxsi informasiya üzərində bu qədər nəzarətsiz hakimiyyətə malik olmamalıdır”, – o vurğulayıb.

Dünya üzrə 2.7 milyard istifadəçisi olan Facebook son 15 ildə Instagram və WhatsApp daxil olmaqla 70-dək şirkəti alıb.

Facebook isə hökumətin addımlarını “təftişçi” adlandıraraq, uğurlu şirkətləri cəzalandırdığını bildirib. Şirkət FTK-nın illər öncə Instagram və WhatsApp-ın alışını təsdiqlədiyini yada salıb.

“Hökumət indi tərsinə addım atır, Amerika biznesinə qorxulu xəbərdarlıq göndərir ki, heç bir satış başa çatmayıb”, – Facebook-un baş müşaviri Cenifer Nyusted bəyanatında deyib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG